Qiymətli kağızlar bazar üzrə bir sıra normativ xarakterli aktlar təsdiq ediləcək - SİYAHI
Azərbaycan Respublikasının Mərkəzi Bankına bir sıra normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tövsiyə edilib.
Marja.az xəbər verir ki. bu, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2015-ci il 14 iyul tarixli 566 nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 820 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında bildirilir.
Altı ay müddətində təsdiq ediləcək normativ xarakterli aktlar aşağıdakılardır:
- “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 3.6-1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü qaydasını;
- həmin Qanunun 30.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi həcmini və qaydasını;
- həmin Qanunun 31.13-cü maddəsinə uyğun olaraq, investisiya şirkətləri üçün korporativ idarəetmə standartlarını;
- həmin Qanunun 34.5-ci maddəsinə uyğun olaraq, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların fəaliyyəti və göstərdiyi xidmətlər barədə hesabatların tərtib və təqdim edilməsi qaydalarını;
- həmin Qanunun 43.3-1-ci maddəsinə uyğun olaraq, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların ixtisas şəhadətnaməsinə malik olmalı işçilərinin sayına dair tələbləri;
- həmin Qanunun 62.6.1.5-ci və 66.1.12-ci maddələrinə uyğun olaraq, məlumatın formasını;
- həmin Qanunun 63.2-ci maddəsinin beşinci cümləsinə uyğun olaraq, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanının və müşahidə şurasının üzvləri ilə, habelə xarici investisiya şirkətinin filiallarının rəhbərləri ilə müsahibə keçirilməsi qaydasını;
- həmin Qanunun 74-2.1.4-cü maddəsinə uyğun olaraq, investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələbləri;
- həmin Qanunun 83.1.5-1-ci maddəsinə uyğun olaraq, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri.
Həmçinin, prezident “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 946-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 12 noyabr tarixli 353 nömrəli, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 821 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Hərman ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
- “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 28.5.1.5-ci və 36.1.15-ci maddələrinə uyğun olaraq, məlumatın formasını;
- həmin Qanunun 40.4-cü maddəsinin birinci hissəsinin beşinci cümləsinə uyğun olaraq, səhmdar investisiya fondunun və idarəçinin icra orqanının və müşahidə şurasının üzvləri ilə müsahibənin keçirilməsi qaydasını;
- həmin Qanunun 48.1.2-1-ci maddəsinə uyğun olaraq, səhmdar investisiya fondunda və idarəçidə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
15 d. əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
24 d. əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 13 saat əvvəl
-
13 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub
Ən çox oxunanlar
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb























