Azərbaycanın sığorta bazarı əsasən 3 sığorta növünün hesabına böyüyüb - 84 FAİZLİK PAY
Azərbaycanın sığorta bazarı əsasən 3 sığorta növünün – həyatın yaşam sığortasının, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və daşınmaz əmlakın icbari sığortasının hesabına böyüyüb.
Marja.az Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, sığorta şirkətləri tərəfindən 2023-cü ilin birinci yarısında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 157 milyon 340 min manat və ya 32% çox olmaqla 648 milyon 945 min manat sığorta haqları hesablanıb. Hesablanmış sığorta haqlarının 470 milyon 656 min manatı (72,5%-i) könüllü, 178 milyon 289 min manatı (27,5%-i) icbari sığortalar üzrə olub. O cümlədən, cəmi sığorta haqlarının 333 milyon 266 min manatını (51,4%-i) həyat sığortaları, 315 milyon 677 min manatını (48,6%-i) qeyri-həyat sığortaları üzrə haqlar təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında sığorta şirkətləri tərəfindən 491 milyon 605 min manat sığorta haqları hesablanmışdı. Sığorta haqlarının 366 milyon 698 min manatını (74,6%-ni) könüllü, 124 milyon 907 min (25,4%-ni) manatı icbari sığortalar üzrə olmuşdu. O cümlədən, O cümlədən, cəmi sığorta haqlarının 245 milyon 897 min manatını (təxminən 50%-ni) həyat sığortaları, 245 milyon 708 min manatını (təxminən 50%-ni) qeyri-həyat sığortaları üzrə haqlar təşkil etmişdi.
Beləliklə, cəmi sığorta haqlarında könüllü sığortaların xüsusi çəkisi azalıb, icbari sığortaların xüsusi çəkisi artıb. Həmçinin həyat sığortalarının xüsusi çəkisi artıb, qeyri-həyat sığortalarının xüsusi çəkisi azalıb.
2023-cü ilin birinci yarısında 2022-ci ilin eyni dövrü ilə müqayisədə könüllü həyat sığortaları üzrə hesablanmış sığorta haqları 83 milyon 231 min manat və ya 40,5% artaraq 288 milyon 783 min manat (o cümlədən həyatın yaşam sığortası üzrə sığorta haqları 82 milyon 80 min manat artaraq 273 milyon 665 min manat təşkil edib), icbari həyat sığortaları üzrə hesablanmış sığorta haqları isə 4 milyon 140 min manat və ya 10,3% aratraq 44 milyon 485 min manat təşkil edib.
2023-cü ilin birinci yarısında 2022-ci ilin eyni dövrü ilə müqayisədə könüllü qeyri-həyat sığortaları üzrə hesablanmış sığorta haqları 20 milyon 726 min manat və ya 12,7% aratraq 181 milyon 873 min manat, icbari qeyri-həyat sığortaları üzrə hesablanmış sığorta haqları isə 49 milyon 243 min manat və ya 58,2% artaraq 133 milyon 804 min manat təşkil edib ( o cümlədən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə haqlar 28 milyon 426 min manat, daşınmaz əmlakın icbari sığortası üzrə haqlar isə 20 milyon 790 min manat artıb).
2022-ci ilin birinci yarısı ilə müqayisədə 2023-cü ilin birinci yarısında sığorta şirkətləri tərəfindən hesablanmış sığorta haqlarındakı 157 milyon 340 min manatlıq artımın 83 milyon 231 min manatı (52,2%-i) həyatın yaşam sığortası, 49 milyon 243 min manatı (31,3%-i) icbari qeyri-həyat sığortaları (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası) üzrə olub. Beləliklə, sığorta bazarındakı artımın 84,2%-i və ya 132 milyon 474 min manatı bu 3 növünün payına düşüb.
Müştərilərin xəbərləri
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
2 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Kirayə ödə, mənzil sənin olsun - 184 tam təmirli mənzil vətəndaşlara təqdim edilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“WhatsApp Web” üzərindən birbaşa səsli və videozənglər etmək mümkün oldu
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Visa 2 min 600 əməkdaşını işdən çıxarmağa hazırlaşır
Apple ilk dəfə 5 trilyon dollarlıq bazar dəyərinə çatıb
AccessBank tender elanının vaxtının uzadıldığını elan edir
OPEC+ kvota artımlarına fasilə verməyi planlaşdırır
Azərbaycanda yeni qazma şirkəti qeydiyyata alınıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
Xalq Bankda yeni müşavirlər təyin edildi
Unibank jurnalistlər üçün təlim təşkil edib
Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ








.webp)








