Qızıl şirkətinin sədri kənd sakinləri ilə görüşdü - Evlər və torpaq sahələri alınacaq
“AzerGold” QSC-nin sədri Zakir İbrahimov Daşkəsən sakinləri ilə görüşüb, onların müraciətləri dinlənilib və qeydiyyata alınıb.“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) çalışan Daşkəsən sakinləri və ətraf kəndlərdə yaşayan vətəndaşlarla görüşüb.
“AzerGold”dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, ÇİRES-də keçirilən görüş əməkdaşların iş şəraiti, onları qayğılandıran məsələlərin müzakirəsi, həmçinin Səhmdar Cəmiyyətin korporativ sosial məsuliyyət (KSM) fəaliyyəti çərçivəsində sosial ehtiyacların müəyyənləşdirilməsi və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslərlə bağlı fikir mübadiləsinin aparılması məqsədi daşıyıb.
Tədbirdə çıxış edən İdarə Heyətinin sədri Z.İbrahimov “AzerGold” QSC-nin mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında həyata keçirdiyi hasilat və istehsalat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması sahəsində görülən işlərdən danışıb. O, təbii resurslardan səmərəli istifadə, dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və sosial məsuliyyətlilik prinsipləri əsasında fəaliyyətini təşkil edən “AzerGold” QSC tərəfindən yerli sakinlərlə iş, onların məşğulluğu, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, təhsil, səhiyyə xidmətlərinə əlçatanlığın artırılması, biomüxtəlifliyin qorunması, idmanın inkişafı və digər istiqamətlərdə sistemli tədbirlərin icra edildiyini bildirib.
Belə ki, Korporativ Sosial Məsuliyyət fəaliyyəti çərçivəsində Quşçu qəsəbə tam orta məktəbinin yeni modul tipli binasının inşası, Çovdar, Çaykənd kəndlərinə su xəttinin çəkilməsi və yeni bulağın istifadəyə verilməsi, Yuxarı Daşkəsən, həmçinin Mədənçi qəsəbələrinin su təminatının yaxşılaşdırılması, Daşkəsən şəhərində minifutbol, universal voleybol-basketbol meydançalarının yenidən qurulması, Gəncə şəhərində regional Autizm Mərkəzinin istifadəyə verilməsi, həmçinin yerli arıçılıq təsərrüfatının inkişafına göstərilən dəstək qeyd edilib. QSC-nin KSM Komitəsi tərəfindən hasilat bölgələrində yaşayan yerli icmalarla mütəmadi görüşlərin keçirildiyini, vətəndaşlar arasında vaxtaşırı sosial sorğuların təşkil edildiyini deyən İdarə Heyətinin sədri, həmçinin sakinlər tərəfindən ünvanlanan müraciətlərin diqqətlə araşdırıldığı, ölkə qanunvericiliyi və QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində həlli istiqamətində müvafiq addımların atıldığını diqqətə çatdırıb.
Bildirilib ki, Cəmiyyətə daxil olan əksər vətəndaş müraciətləri Daşkəsən rayonun Çovdar kəndinin inzibati ərazisində yerləşən “Şadax” adlandırılan müvəqqəti yaşayış məskəni və Göygöl rayonunun Tülallar kəndində mədən layihələrinin icrası çərçivəsində torpaq sahələrinin alqı-satqısı və icarəsi ilə bağlıdır. Qeyd olunub ki, mədən layihələrinin icrası ilə bağlı təsdiq edilən Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi, eləcə də beynəlxalq məsləhətçi şirkətlər tərəfindən hazırlanan Təfərrüatlı Texniki-İqtisadi Əsaslandırma sənədinə uyğun olaraq məhz mədən və onun sanitar-mühafizə zonasında yerləşən fərdi yaşayış evləri və torpaq sahələri üzərində mülkiyyət və istifadə hüquqlarının əldə edilməsi istiqamətində müvafiq addımlar atılır. Daşınmaz əmlakların bazar dəyərinin müəyyən edilməsi məqsədilə cəlb edilmiş müstəqil qiymətləndiricinin apardığı təhlillərin nəticəsi olaraq prosesin vətəndaşların maraqları və qanunvericiliyin tələbələrinə uyğun həlli təmin edilir. Belə ki, Göygöl rayonunun Tülallar kəndində mədən və onun sanitar-mühafizə zonasının hüdudları xaricində yerləşən daşınmaz əmlakların alqı-satqısına zərurət olmadığından, həmçinin layihənin iqtisadi səmərəliliyinə təsir etdiyi üçün nəzərdə tutulmadığı qeyd olunub.
Çovdar kəndinin inzibati ərazisində yerləşən və el arasında “Şadax” adlandırılan yaşayış məskəninə gəlincə qeyd edilib ki, həmin ərazidə vaxtı ilə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Yellicə kənd sakinləri müvəqqəti məskunlaşıb. Sözügedən ərazi emal sahəsinin hazırda inşası davam edən anbarından təqribən 500 metr aralıda yerləşir. Layihə ilə bağlı hazırlanmış, ictimai müzakirədən keçdikdən sonra 27 avqust 2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təsdiq edilmiş Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədində sözügedən ərazidə müvəqqəti məskunlaşan əhaliyə təhlükənin olmadığı, lakin toz, səs, vibrasiya kimi mümkün risklərin olduğu müəyyən edilib. Ona görə də, “Şadax” ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin ərazidən köçürülmələri ilə bağlı məsələyə baxılıb, lakin yaşadığı evlərin mülkiyyət hüquqlarını müəyyən edən sənədlərinin mövcud olmaması faktı qanunvericilik üzrə köçürülmə məsələsində çətinlik yaradıb. Bununla belə, əlavə edilib ki, sakinlərin həmin ərazidən köçürülməsi məsələsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Daşkəsən Rayon İcra Hakimiyyəti və Kəlbəcər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi, eləcə də digər aidiyyəti dövlət orqanlarına rəsmi məktublar göndərilib, mütəmadi olaraq danışıqlar aparılır.
Görüşdə, sakinlərin müraciətləri dinlənilib və qeydiyyata alınıb. İdarə Heyətinin sədri müraciətlərlə bağlı müvafiq addımların atılması, vətəndaşların qaldırdıqları məsələlərin araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Görüş iştirakçıları qəbula görə İdarə Heyəti sədrinə təşəkkür edib, Daşkəsən rayonunda sosial-iqtisadi inkişaf, məşğulluğun artırılması, sosial rifah halının daha yaxşılaşdırılması istiqamətində dövlətimizin yürütdüyü siyasətə “AzerGold” QSC-nin verdiyi töhfələrin Daşkəsən sakinləri tərəfindən daim yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
4 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















