“Paşa Bank”ın da iştirakı ilə faydalı qazıntı yataqlarına dair təkliflər hazırlanıb
Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər mövzusunda biznes forum keçirilib.
“Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər” mövzusunda biznes forumda ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları, dağ-mədən sektoruna investisiya qoyuluşu, yerin təkindən istifadəyə dair qanunvericiliyin tələbləri, bu sahədə yeni texnologiyaların tətbiqi barədə məlumat verilib.
“Bakı KOB evi”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər” mövzusunda biznes forum keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və dağ-mədən sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Forumda ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları, dağ-mədən sektoruna investisiya qoyuluşu, yerin təkindən istifadəyə dair mövcud qanunvericiliyin tələbləri, yeni texnologiyaların tətbiqi, təbii resursların iqtisadi dövriyyəyə cəlb edilməsi, sözügedən sahədə hesabatlılıq, şəffaflıq və xidmətlər üzrə operativliyin təmini məqsədilə yeni istifadəyə verilmiş “Elektron platforma”nın tətbiqinə dair məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin sektor müdiri Şaiq Adıgözəlov dağ-mədən sahəsində ölkəmizin böyük potensiala malik olduğunu, bu sahədə mövcud qanunvericilik, həyata keçirilən tədbirlər, tətbiq olunan müasir texnologiyalar, şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə danışıb, müvafiq tədbirlərin sektoru yerli və xarici investisiyalar üçün cəlbedici etdiyini qeyd edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların çətinliklərinin və ehtiyaclarının öyrənilməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq müvafiq qurumlarla birgə müxtəlif sektorlar, o cümlədən dağ-mədən sahəsi üzrə görüşlərin və tədbirlərin keçirildiyini qeyd edib. Bildirilib ki, dağ-mədən sahəsi üzrə 13 dövlət qurumunun və 2 ictimai birliyin iştirakı ilə İşçi Qrupu da yaradılıb. Sektorun başlıca problemləri əsasən hələ də bu sahədə bəzi qeyri-leqal fəaliyyətin mövcud olması, dağ-mədən sahəsində istismara qəbul zamanı çətinliklərin mövcudluğu, sahə üzrə qanunvericilik tələblərinə və yeniliklərə dair sahibkarların məlumatlığının az olmasıdır. KOBİA sədri dağ-mədən sektorunda fəaliyyət göstərən sahibkarları bizneslərinin inkişafı və mövcud çətinliklərinin aradan qaldırılması üçün dövlət qurumları və bu sahədə ixtisaslaşmış biznes assosiasiyalarla fəal əməkdaşlığa dəvət edib.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov dağ-mədən sənayesinin şəffaflaşdırılması, bu sahədə azad rəqabət mühitinin formalaşdırılması, qanunvericiliklə müəyyən olunmuş norma və standartların tətbiqi məqsədilə hərracların təşkilinə başlanıldığını qeyd edib. Bildirilib ki, məqsəd sahibkarları bu sahəyə investisiya yatırmağa təşviq etmək, itkisiz, müasir texnologiyalardan istifadə olunmaqla faydalı qazıntı yataqlarının səmərəli istismar olunması və iqtisadi dövriyyəyə cəlb edilməsidir.
Forumda Geoloji Kəşfiyyat Agentliyinin, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin və “Paşa Bank” ASC-nin əməkdaşları tərəfindən ölkəmizdə mövcud olan faydalı qazıntı yataqlarına, yerin təkindən istifadəyə dair qanunvericiliyə, yeni texnologiyaların tətbiqinə və “Elektron platforma”ya dair təqdimatlar keçirilib.
Tədbir çərçivəsində həmçinin, müvafiq dövlət qurumları və sahibkarlar arasında “B2B” görüşlər keçirilib, biznes subyektlərinin dağ-mədən sahəsi, bu sahədə fəaliyyət üçün maliyyə vəsaitinin ayrılması, biznesin qurulmasına və inkişafına dövlət dəstəyi barədə sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
9 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
7 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
8 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat







.jpg)








.jpg)





