“Almet Holding” istehlakçılarda yaranan çaşqınlıqla bağlı açıqlama yaydı
“Almet Tradig Baku” QSC adında fəaliyyət göstərən, meşə materiallarının və tikinti materiallarının satışı ilə məşğul olan şirkətin “Almet Holding”lə heç bir bağlılığı yoxdur.“Almet Trading Baku” QSC şirkətinin 2 milyon manat iqtiqraz buraxılışına hazırlaşması ilə əlaqədar olaraq istehlakçılarda və iş dünyasında müəyyən çaşqınlıq yaranıb.
“Almet Holding” yaranan çaşqınlıqla bağlı açıqlama yayıb.
Marja.az açıqlamanı təqdim edir:
"“Almet Holdinq” 2016-cı ildən ölkəmizdə və dünyanın bir neçə ölkəsində polad və polad məhsulları sahəsində fəaliyyət göstərir. Şirkətin əsas profili xammaldan yarımfabrikatlara və hazır məhsullara qədər polad çeşidli məhsulların ticarəti, eləcə də logistikası və digər əlavə dəyər xidmətləridir. Bizim keyfiyyətə tam zəmanət, alış, satış, maliyyə, sığorta və logistika həllərimiz müştərilərimiz və təchizatçılarımız üçün sərfəli təchizat zəncirinin idarə edilməsini asanlaşdırmaq üçün uyğunlaşdırılmışdır.
“Almet Holding”in Azərbaycanda ticarətçi şirkət - “Almet Trading” MMC, logistika şirkəti - “Almet Logistika” MMC, idarə edici holdinq strukturu - “Almet Holding” QSC fəaliyyət göstərir. Şirkətin eləcə də Gürcüstanda ticarətçi şirkəti - “Almet Trading Georgia” LLC, Türkiyədə ticarətçi şirkəti - “Almet Trading Turkey” LLC, Birləşmiş Krallıqda ticarətçi şirkəti - “Almet Trading UK” LLC, Birləşmiş Ərəb Əmirliklərində "Almet Trading” DMCC fəaliyyət göstərir.
"Almet Trading" əmtəə nişanı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində “Almet Trading” MMC adına qeydiyyata alınmışdır. Azərbaycan bazarında “Almet Tradig Baku” QSC adında fəaliyyət göstərən, meşə materiallarının və tikinti materiallarının satışı ilə məşğul olan şirkətin “Almet Holding”lə heç bir bağlılığı yoxdur".
“Almet Holding”in direktoru Namiq İbrahimov sorğumuza cavab olaraq bildirdi ki, “Almet Holding 2016-cı ildən fəaliyyət göstərir. Şirkət Azərbaycan bazarı ilə yanaşı İngiltərə, Uels, Gürcüstan, Türkiyə və digər ölkələrdə təkcə metallurgiya və istehsalatla yox eyni zamanda logistika xidməti göstərir. Holdinqimiz 2022-ci ildə ümumi dövriyyəsi 130 milyon manatın üzərində olub ki, bunun da 50%-indən artığı beynəlxalq şirkətlərimizin payına düşür. Qeyd edim ki, Holdinqimiz bu il Ağdam Sənaye Parkında yeni müəssisənin yaradılmasına 13 milyon manat investisiya yatıracaq.
"Maliyyə göstəricilərindən də göründüyü kimi, bizim güclü tərəfdaşlarımız və etibarlı resurslarımız var. Mediada “Almet Tradig Baku” QSC ilə bağlı yayılan məlumatların bizimlə heç bir bağlılığı yoxdur və yarana biləcək mənfi hallara görə məsuliyyət daşımırıq. Əlbəttə ki, adın birbaşa oxşarlığı istehlakçılarda və media nümayəndələrində çaşqınlıq yaradır. Bu da bizim brendimizə və işgüzar nüfuzumuza xələl gətirir. Artıq bununla bağlı qarşı tərəfə məlumat vermişik. Adın dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlayacaq və eyni zamanda hüquqi müstəvidə addımlar atacağıq”, -Namiq İbrahimov bildirib.
Qeyd edək ki, mediada yayılan məlumatlarda “Almet Trading Baku” şirkətinin mənfəətinin 2022-ci ildə ötən ilə nibətdə 2,6 dəfə azaldığı və şirkətin borclanmaya getdiyi bildirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 30 d. əvvəl
-
44 d. əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
16 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 18 saat əvvəl
-
19 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
19 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Ən çox oxunanlar
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ





















