"Qarabağda çalışan iş adamlarının çoxu şikayət edir"
"Qarabağda çalışan iş adamlarının çoxundan onlara ödənişlərdə gecikmələr olması ilə bağlı şikayətlər qəbul edirik".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Elnur Allahverdiyev deyib.
"Büdcənin açılması və bağlanması məsələləri var. Bunu biz işçi heyətimizlə müzakirə edə bilərik, amma iş adamına izah etmək olmur. Dünyada gedən inflyasiya, kataklizmalar ona gətirib çıxarıb ki, biznesin Qarabağda işləməyə həvəsi azalmağa başlayıb. Həmin şirkətlərin adlarını da çəkə bilərəm. Onlar öz vəsaitlərindən istifadə edir və söz verir ki, bu işi bu vaxta qədər görəcəyik. Amma geri ödəmə çox vaxt olmur. Bu da onunla əsaslandırılır ki, büdcə açılmayıb. Onlar bunu başa düşmür. İş adamı bilməlidir ki, bu gün gördüyü işin pulu müəyyən müddətdən sonra veriləcək, ya da bilməlidir ki, ümumiyyətlə verilməyəcək və işi götürməsin", - deyə o qeyd edib.
Deputatın dediklərinə münasibət bildirən parlamentin komitə sədri Tahir Mirkişili isə deyib ki, İqtisadiyyat Nazirliyi dövlət büdcəsindən daxili ödəmələrlə bağlı yeni qanun layihəsi hazırlayacaq: "Təkcə podratçılara ödənişlərlə deyil, həmçinin daxili ödəmələr, ödəniş qəbzləri ilə bağlı müəyyən problemlər var. Sözügedən layihədə bütün bu məsələlər nəzərə alınacaq".
İqtisadiyyat nazirinin I müavini Elnur Əliyev isə bildirib ki, həqiqətən də podratçı şirkətlər maliyyə problemləri ilə üzləşirlər və nazirliyə müraciət edirlər: "İnvestisiya proqramında nəzərdə tutulan işlər üzrə bütün ödənişlər edilib. Bəzən olur ki, proqramda nəzərdə tutulandan kənar işlər görülür və həmin işlər cari il üçün proqramda olmur. Sonra da podratçılar deyirlər ki, pulumuzu verin".
© "Report"
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
-
11 saat əvvəl
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
Ən çox oxunanlar
Dolların rəsmi məzənnəsi 1,70 manat səviyyəsində qalır
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb


























