Maliyyə Nazirliyi yanında Mərkəz peşəkar mühasib olmaq istəyənləri təlimə dəvət edir
Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi peşəkar mühasib olmaq istəyənləri təlimə dəvət edirAzərbaycanın maliyyə-iqtisadi sistemi beynəlxalq maliyyə sisteminə interqasiya olunmuş şəkildə inkişaf edir. Bu baxımdan qlobal çağırışları, beynəlxalq maliyyə və iqtisadiyyat platformasında baş verən keyfiyyət dəyişikliklərini nəzərə alaraq respublikamızda maliyyə-uçot sahəsində mütərəqqi yeniliklər tətbiq olunur. Bu məqsədilə atılan addımlardan biri mühasiblərin peşəkarlığının artırılması üçün onların sertifikasiyasının həyata keçirilməsidir.
Peşəkar mühasib sertifikatının verilməsi prosesinə 2021-ci ilin noyabr ayından başlanılıb. Artıq qanunvericiliyə əsasən hər bir müəssisədə çalışan baş mühasib peşəkarlıq sertifikatına malik olmalıdır. Peşəkarlıq sertifikatın əldə edilməsinin vacibliyini nəzərə alaraq mühasiblərin imtahanlarda müvəffəqiyyət qazanmaları üçün təlimlərdə iştirak etmələrini tövsiyə edirik.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi belə təlimləri həyata keçirən peşəkar qurumdur.
Mərkəzdə təlimlər Dövlət İmtahan Mərkəzinin proqramı əsasında, beynəlxalq təcrübəyə, yeni və innovativ çağırışlara uyğun olaraq, peşəkar mütəxəssislər tərəfindən keçirilir. İştirakçılar təlim zamanı proqrama uyğun olaraq kağız və elektron formada tədris vəsaitləri ilə təmin olunurlar. Mərkəzdə təlimlər əyani, intensiv, hibrid (əyani və onlayn) formatda təşkil olunur.
Mərkəzdə tədris olunan təlimlər barədə məlumatlar aşağıda qeyd olunmuşdur:
Təlimlər
- Büdcə təşklilatlarında mühasibat uçotunun praktiki təşkili;
- Kommersiya təşkilatlarında mühasibat uçotunun praktiki təşkili;
- “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları” üzrə I və II mərhələ;
- “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları”;
- “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşakar Mühasib Sertifikatı”;
- Əmək qanunvericiliyi və kadr işinin təşkili;
- Orta müddətli xərclər çərçivəsinin hazırlanması;
- Maliyyə uçotunda İKT-nin təşkili;
- Beynəlxalq mühasibat standartları;
- Maliyyə təsərrüfat fəaliyyətində Dövlət satınalmalarının həyata keçirilməsi ilə bağlı təlimlər;
- Mühasibat uçotu sahəsində proqram təminatı;
- Vergi uçotu;
- İşgüzar ingilis dili;
Təlimlərdə iştirak etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
(+994 12) 404 81 59, (055) 404 81 50 (whatsapp)
E-mail: tedrismaliyye@gmail.com
Faks: 012 566 84 77
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 10
Seminar və vebinarlar:
- Əmək haqqının ödənilməsinin forma və qaydaları (o cümlədən məzuniyyət haqqının hesablanması);
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması və ödənilməsi Qaydaları;
- Torpaq, tikili və avadanlıqların mühasibat uçotunda əks etdirilməsi qaydaları (praktik məsələlər əsasında)
- Ehtiyatların mühasibat uçotunda əks etdirilməsi qaydaları (praktik məsələlər əsasında);
- Qeyri-maddi aktivlərin mühasibat uçotunda əks etdirilməsi qaydaları (praktik məsələlər əsasında);
- Büdcə təşkilatlarında memorial orderlərin tərtib edilməsi, dövriyyə balansının əsasında maliyyə hesabatlarının hazırlanması;
- Büdcə təşkilatlarında maliyyə əməliyyatlarının Xəzinədarlıq vasitəsi ilə aparılması qaydaları;
- Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları, əsas vəsaitlərin (fondların) ləğv edilməsi qaydaları;
- Təşkilatlarda audit və təftişin aparılması qaydaları;
- Elektron kommersiya;
- Natiqlik istiqaməti üzrə proqramlar (özünüifadə etmə, təqdimat bacarıqları, natiqdə əsas anlayışlar);
- Fərdi inkişaf üzrə proqramlar (vaxtın idarə olunması,ünsiyyət və kommunikasiya bacarıqları, liderlik və s.).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
4 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
4 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
4 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
6 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib





















