“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Foreks bazarlarında dolların təzyiq altında olması, EUR/USD məzənnəsinin 1.15$-a kimi bahalaşmasına təsir edib. Beləliklə, məzənnə 1.15$-ın üzərində möhkəmlənərsə, 1.17$-a kimi də bahalaşa bilər.
Maliyyə bazarlarında Amerika Mərkəzi Bankının (FED) faiz artımı fonunda gözləntilərin zəifləməsi, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin təqribən son 10 ayın minimum səviyyəsinə kimi ucuzlaşmasına səbəb olub.
Məzənnəyə güclü təsiri baxımından isə bu gün Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq, Avrozonanın sonuncu inflyasiya səviyyəsi və cümə axşamı Avropa Mərkəzi Bankının monetar siyasəti ilə bağlı açıqlamaları, bu həftə investorların diqqət mərkəzində olan hadisələrdir.
GBP
GBP/USD valyuta cütlüyü qiyməti də 1.3113$-a kimi bahalaşmaqla, təqribən son 10 ayın maksimum səviyyəsini yeniləyib və 1.3292$-a kimi də bahalaşacağı proqnozlaşdırılır. Bununla yanaşı, maliyyə bazarlarında funtun gələcək trendi fonunda İngiltərə Mərkəzi Bankının gələcək monetar siyasəti ilə bağlı açıqlamaları və inflyasiya göstəriciləri də diqqət mərkəzindədir. Çərşənbə axşamı saat 12:30-da isə iyun ayı üzrə sonuncu inflyasiya səviyyəsi açıqlanacaqdır.
TRY
Türkiyə maliyyə bazarlarında Türk lirəsinin qiyməti keçən həftə 3% bahalaşıb və bu həftə 3.60TL-ə kimi korreksiya edəcəyi proqnozlaşdırılır. Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaq, Türkiyədə işsizlik ilə bağlı yeni statistik rəqəmlərin də lirənin qiymətinə təsir edə biləcəyi gözlənilir.
OIL
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 49$-a kimi dəyər qazanıb. Təhlillərə əsasən, Brent neftinin qiyməti qarşıdan gələn günlər ərzində sözügedən səviyyənin üzərində möhkəmlənməklə 49.77$ və 51.18$-a kimi də bahalaşa bilər.
Qeyd etmək lazımdır ki, Amerikada neft ehtiyatlarının azalması dinamikasının güclənməsi, neftə olan tələbin artmasına işarədir və neft qiymətlərinin bahalaşmasına təsir edir.
GOLD
Əlvan metallar bazarlarında qızıl qiymətləri gözlənildiyi kimi bahalaşmağa başlayıb. Artıq 1233$-a (39.6 $/qram) kimi dəyər qazanan qiymətli metalın bir unsiyası 1242$-a (39.9 $/qram) də kimi bahalaşacağı proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
-
39 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb



























