Bu gün hələ ki inflyasiyanı soyuda bilməyən faizlər ilə bağlı qərar açıqlanacaq

29 mart 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, 2023-cü ildə 2-ci iclasında da Mərkəzi Bankın faizlərin artırılması istiqamətində qərar qəbul edəcəyini gözləmək olar. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 8.50%, faiz dəhlizinin aşağı həddi 6.75%, faiz dəhlizinin yuxarı həddi isə 9.5% təşkil edir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin fevral ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin fevral ayına nisbətən 14,1 faiz artıb. 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9 faiz yüksəlib. Göründüyü kimi, Azərbaycanda inflyasiya Mərkəzi Bankın hədəfindən (4±2%) xeyli yüksəkdir. Mərkəzi Bankın məqsədi inflyasiyanı səngitmək və hədəfinə endirməkdir.
Mərkəzi Bank son 12 ay ərzində bir neçə dəfə faiz artırmasına baxmayaraq inflyasiyanın sürəti düşməyib. Ötən ilin əvvəlində 12% civarında olmuş illik inflyasiya 2023-cü ilin əvvəlində illik 14% civarındadır. 2022-ci ildə inflyasiyada müşahidə edilmiş pik səviyyə (sentyabr ayında 15.6%) ilə müqayisədə inflyasiya çox da yavaşlamayıb. İqtisadi artıma və məşğulluğa xələl gətirmədən faizlərin artırılması siyasəti indiyədək ciddi effekt verməyib.
Mərkəzi Bankın faizləri artırmasının təsirsiz olması inflyasiyanın ölkəyə idxal olunması ilə də izah edilir. Yüksək inflyasiya xarici amillər, o cümlədən təklifin azalması ilə əlaqədar olduqda mərkəzi bankların faiz qərarları nəticəsiz olur. Mərkəzi banklar faizləri ilə tələbə təsir göstərə, tələbin azaldılması və ya stimullaşdırılması ilə qiymətlərin sürətini tənzimləyə bilirlər.
Bir sıra iqtisadçılar hesab edirlər ki, təklif qıtlığı şəraitində qiymətlərin artması zamanı mərkəzi bank faizlərini azaltmalı, ucuz kreditləşmə ilə istehsal dəstəklənməli və məhsul bolluğu yaradılmalıdır. Hesab olunur ki, təklifin artırılması nəticəsində qiymətlərin artım sürəti səngiyə bilər.
Eyni zamanda, Azərbaycana xarici valyuta daxilolmalarının artmasının təsiri altında məcmu tələb genişlənir, iqtisadi artımın tempi artır. Əhalinin nominal gəlirlərinin yüksəlməsi, bu il əməkhaqqı, pensiyaların artırılması və kredit aktivliyi istehlakı artırır.
"Pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın xarici və daxili amilləri üzrə potensial risklərin reallaşma dərəcəsindən asılı olaraq veriləcəkdir. Növbəti pul siyasəti qərarlarının qəbulu üçün makroiqtisadi proqnozlar rüblük əsasda yenilənəcəkdir. Mərkəzi Bank bundan sonra da məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq üçün sərəncamında olan bütün alətlərdən və mexanizmlərdən istifadə edəcəkdir. İllik inflyasiya göstəricilərinin və proqnozlarının davamlı olaraq azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcəkdir. Faiz dəhlizinə dair qərar verərkən Mərkəzi Bank pul siyasətinin kumulyativ sərtləşmə dərəcəsini və onun inflyasiyaya ötürülməsi üçün tələb olunan zaman intervalını da nəzərə alacaqdır", – Mərkəzi Bank 01 fevral 2023-cü il tarixində Faiz dəhlizinin parametrləri haqqında başlıqlı press-relizində bildirmişdi.
FAİZ DƏHLİZİ NƏDİR?
Məlumat üçün bildirək ki, pul siyasətinin əməliyyat çərçivəsinin mühüm elementlərindən biri faiz dəhlizidir. Faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Faiz dəhlizi eyni zamanda Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faizlərinin iyerarxiyasını müəyyən edir.
Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-REPO əməliyyatının faizidir.
Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.
Dəhlizin aşağı həddi ilə uçot dərəcəsi arasında formalaşan faizlərlə sterilizasiya yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir. Uçot dərəcəsi ilə dəhlizin yuxarı həddi arasında formalaşan faizlərlə likvidliyin verilməsi yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir.
Mərkəzi Bank sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir.
Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Uçot faiz dərəcəsi
02.02.2023 8.50%
16.12.2022 8.25%
28.10.2022 8.00%
18.03.2022 7.75%
28.01.2022 7.50%
Dəhlizin yuxarı həddi
02.02.2023 9.50%
16.12.2022 9.25%
28.10.2022 9.25%
18.03.2022 9.25%
28.01.2022 9.00%
Dəhlizin aşağı həddi
02.02.2023 6.75%
16.12.2022 6.25%
28.10.2022 5.00%
01.09.2022 4.00%
18.03.2022 6.25%
28.01.2022 6.00%
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 gün sonra
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Valyuta mübadiləsilə məşğul olan “Meta-Kapital” cəzalandırıldı -Lisenziyanın qüvvəsi dayandırıldı
-
10 saat əvvəl
Artıq Azərbaycana idxal olunan minik avtomobillərinin yarısı hibrid və plagin-hibrid modellərdir
-
10 saat əvvəl
Azərbaycanın ixracı azalıb, idxalı artıb - MÜSBƏT SALDO 3 DƏFƏDƏN ÇOX KİÇİLİB
-
10 saat əvvəl
Bank "Palo Alto Firewall yearly maintenance 2025" üzrə tender elan edir
- 10 saat əvvəl
-
11 saat əvvəl
İlin əvvəlindən 17 min nəfərə yaxın artmışıq - 45 min 616 doğulan körpə, 29 min 400 ölüm halı
Son Xəbərlər

Ən ucuz uçuş və otel təklifləri bir platformada

Azərbaycanın BOKT bazarında satınalma

Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Valyuta mübadiləsilə məşğul olan “Meta-Kapital” cəzalandırıldı -Lisenziyanın qüvvəsi dayandırıldı

Bu il 1100 nəfərə yaxın ölkə sakini Azərbaycandan gedib

İlin əvvəlindən 17 min nəfərə yaxın artmışıq - 45 min 616 doğulan körpə, 29 min 400 ölüm halı

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır

Kovörkinq şirkəti Bakı Ağ Şəhərdə filialını açıb - MASA QİYMƏTLƏRİ

Sabahın hava proqnozu açıqlandı

Bank 29-cu filialını Bərdə şəhərində açdı

Azərbaycanın premium qida markası 4-cü mağazasını açıb
