Dövlət Vergi Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Dünya Bankının mütəxəssislərinin daxil olduğu nümayəndə heyəti “Azərbaycanda vergi islahatları üzrə texniki yardım” mövzusunda icra edilən layihə çərçivəsində Bakıda səfərdədir. Bankın dövlət sektoru üzrə aparıcı mütəxəssisi Raul Feliks Xunkera Varelanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə qurumun vergi orqanlarının elektron informasiya sistemləri üzrə məsləhətçisi Vladimir Kalderon, vergi məsələləri üzrə beynəlxalq məsləhətçilər Xalid El-Korek və Kristian Lukas daxildir.
Səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, həmçinin digər rəhbər vəzifəli şəxslər, Dünya Bankının nümayəndə heyəti və İsveçrənin Bakıdakı səfirliyinin nümayəndəsi iştirak ediblər.
Tədbirdə “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” müzakirə edilib, habelə vergi islahatları ilə bağlı prioritetlər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Dövlət Vergi Xidməti ilə Dünya Bankı arasında qeyd olunan layihə çərçivəsində 2018-ci ildən qurulmuş əməkdaşlıq hazırda uğurla davam etdirilir. Layihənin məqsədi vergi siyasəti və vergi inzibatçılığı sahəsində səmərəli islahatların aparılması istiqamətində Dövlət Vergi Xidmətinə dəstək göstərməkdən ibarətdir. İki mərhələdən ibarət olan texniki yardım İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilir. Birinci mərhələdə “Tax Diamond” platformasının “Vergi inzibatçılığının funksional qiymətləndirilməsi” modulu əsasında vergi inzibatçılığının 12 müxtəlif fəaliyyət istiqamətləri qiymətləndirilib. Qiymətləndirmə modulunun nəticəsi olaraq, beynəlxalq vergitutma sahəsində fəaliyyət planı təsdiq edilib.
Layihənin ikinci mərhələsində “Business Process Reengineering” platformasının “Biznes proseslərinin qiymətləndirilməsi” modulu çərçivəsində vergi ödəyicilərinin uçot-məlumat bazasının tamlığı, risklərin idarə olunması, “kölgə iqtisadiyyatı”nın azaldılması, vergi ödəyicilərinə göstərilən xidmətlər və vergi mübahisələrinin həlli istiqamətləri əhatə edilib. Bununla yanaşı, “Əsas İKT idarəçiliyinin qiymətləndirilməsi” layihəsinin icrasına başlanılıb və Dövlət Vergi Xidmətinin informasiya texnologiyaları sahəsi 14 meyar üzrə qiymətləndirilib. Hazırda “Əməletmə risklərinin idarə olunması” modulu çərçivəsində texniki yardım layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilməkdədir.
Qeyd edilib ki, Dünya Bankının həyata keçirdiyi bir sıra uğurlu layihələrin benefisiarı olan Dövlət Vergi Xidməti beynəlxalq əməkdaşlıq layihələrinə böyük əhəmiyyət verir və SECO-nun dəstəkləməkdə maraqlı olduğu sahələri və potensial layihələri müzakirə etməkdə maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
5 d. əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
- 10 d. əvvəl
-
16 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
18 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















