Birjalarda son vəziyyət
Ötən həftənin əvvəli ABŞ Senatında yarımillik “Pul Siyasəti Hesabatı” ilə çıxış edən FED sədri Jerom Pavelin monetar siyasətin gələcəyi ilə bağlı sərt açıqlamalarından sonra FED-in 21-22 mart tarixlərində keçiriləcək iclasında faiz dərəcələrində 50 baza bəndi artıma gedəcəyi ehtimalları 70%-ə yüksəlib ki, bu da öz növbəsində dolların major valyutalar qarşısında kəskin bahalaşmasına dəstək olub.
Lakin həftənin sonuna doğru Amerikada açıqlanan makroiqtisadi göstəricilər fonunda dollar dünya birjalarında kəskin ucuzlaşdı.
Belə ki, cümə günü açıqlanan “NFP” göstəricisi fevral ayında proqnozları üstələyərək 311 min artarkən, ümumi işsizlik səviyyəsi 3.4%-dən 3.6%-ə kimi artıb.
FED-in yaxından izlədiyi orta saatlıq qazanc eyni dövrdə 0.2% artsa da, analitiklər 0.3%-lik artımın olacağını proqnozlaşdırırdılar.
ABŞ-da yanvar ayında İstehlak Qiymətləri İndeksi (CPI) və İstehsal Qiymətləri İndeksi (ÜFE) müvafiq olaraq 6.4% və 6% artarkən, hər iki göstəricinin bazar gözləntilərinin üzərində olması inflyasiyada azalma tendensiyası ilə bağlı sualları gündəmə gətirib.
Ölkədə fabrik sifarişləri ilin ilk ayında 1.6% azalsa da, proqnozların altında qalıb. Pərakəndə satış dövriyyəsinin həcmi isə yanvarda proqnozlaşdırılandan daha çox - 3% artıb.
Yanvar ayında ölkədə “JOLTS” vakansiyalarının sayı 10 milyon 842 minə qədər azalsa da, son rəqəmlərin proqnozların üstündə qalması diqqəti çəkdi.
FED-in bu ayki “Bej Kitab Hesabatı” da ümumi iqtisadi aktivliyin 2023-cü ilin əvvəlində "bir qədər" artdığını göstərir. Bir çox bölgələrdə qiymət artımlarının ləngiməsinə baxmayaraq, inflyasiya təzyiqlərinin geniş şəkildə davam etdiyinə diqqət çəkilərək, qiymət artımlarının il boyu mülayim şəkildə davam edəcəyinin gözlənildiyi qeyd edilib.
Qarışıq makroiqsitasdi göstəricilərin təsiri ilə artan qeyri-müəyyənliklər fonunda cümə günü dollar kəskin ucuzlaşaraq 103.50 bənd hədlərinə kimi gerilədi.
Bu həftə Amerikada açıqlanacaq fevral ayı üçün İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi göstəriciləri DXY-da tendensiyanın gediçinə ciddi təsir edə bilər.
EUR
Bu həftə Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri və Avropa Mərkəzi Bankının faiz qərarı EUR/USD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.05$ hədlərinə qədər ucuzlaşa bilər.
GBP
Ötən həftəni 1.20$ səviyyəsinin üzərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq əmək bazarına dair statistik göstəricilər ciddi təsir edə bilər.
GOLD
Amerikada ziddiyətli nəticələrlə yadda qalan makroiqtisadi göstəricillərin dərcindən sonra DXY-ın 105.50 bənd hədlərində müqavimətlə qarşılaşaraq geriləməsi fonunda qızıl 1866$-a kimi bahalaşdı. Təhlillərə əsasən bu həftə Avrozonada və Amerikada açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin Avropa Mərkəzi Bankının faiz qərarı valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalda tələbin azalması ilə nəticələ bilər. “Ayılar” üstünlüyü ələ alsalar, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1867$-a və 1858$-a kimi ucuzlaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
2 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 16 d. əvvəl
- 23 d. əvvəl
- 54 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın dəstəyi ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
-
2 saat əvvəl
Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Adında “SOCAR” olan daha bir şirkət yaradılıb
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
Unibank jurnalistlər üçün təlim təşkil edib
Ən çox oxunanlar
Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ
Böyük planların üçün rahat kredit təklifi - Expressbankda
Azərbaycan Koreyanın “dBrain+” maliyyə modelinə keçir
Prezident bir sıra ölkələrə yeni səfirlər təyin edib
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
"Citadel" FED-dən sürpriz faiz artımı gözləyir
ABŞ–İran gərginliyinə baxmayaraq, şirkətlər Dubaya axışır






.webp)









