Dollar ilə bağlı kritik təqdimat baş tutdu
ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellen, inflyasiyanın hədəfdən (2%) aşağı qalmaqda davam etdiyi müddətdə, Fed-in pul siyasətini sərtləşdirməyə, o cümlədən faizləri artırmağa tələsməyəcəyinə işarə edib.
"Marja" xəbər verir ki, ilk öncə bu açıqlama Dolların mühüm valyutalar qarşısında ucuzlaşmasına səbəb olur. Bir qədər sonra, Yellenin yaxın zamanda Fed-in balansını azaltmağa başlayacağını bəyan etməsilə Dollar itirdiyi dəyərinin bir hissəsini geri alıb. Fed-in balansını azaltmağa başlaması, dövriyyədəki Dollar kütləsinin bir hissəsinin geri yığılacağı deməkdir.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Fed sədri Janet Yellen ABŞ Nümayəndələr Palatasında çıxış edib. O, iqtisadiyyatın gələcək bir neçə il ərzində inkişaf etməkdə davam edəcəyini, istehlak xərclərinin, investisiyaların artdığını və ABŞ məhsullarına qlobal tələbatın gücləndiyini deyib. Yellen, bunların da bankın mərhələli faiz artırmasına imkan verəcəyini qeyd edib.
Yellen təqdimatında faizlərin artırılacağı tarixlərə dair açıqlama verməyib, "Gələcək bir neçə ildə əlavə mərhələli faiz artımlarına ehtiyac var" ifadələrini istifadə edib.
İşçi qüvvəsi bazarının yanvar-iyun dövründə aylıq orta hesabla 180 minlik məşğulluq artımı ilə güclənməyə davam etdiyini qeyd edən Yellen, işsizlik nisbətinin isə 4,4%-ə gerilədiyini və məşğulluq bazarının gücünün artığını vurğulayıb.

"BALANSI BU İL AZALTMAĞA BAŞLAMAĞI NƏZƏRDƏ TUTURUQ"
Janet Yellen Fed-in inflyasiyanı izlədiyi qeyd edib. İnflyasiyanın iqtisadiyyata reaksiyasının qeyri-müəyyən olduğunu, maliyyə siyasətinin də digər bir qeyri-müəyyənlik mənbəyi olduğunu vurğulayıb. Fed sədri, 2%-lik inflyasiya hədəfinin tavan olmadığını, simmetrik bir hədəf olduğunu deyib. İnflyasiya ötən 5 ildə böyük nisbətdə 2%-lik hədəfdən aşağı qalıb.
Fed-in balansını azaltmaq planının böyük ehtimalla bu il tətbiq olunacağını bildirən Yellen, "balansın aktiv siyasət vasitəsi olmasını gözləmirik" ifadəsinə yer verib. Məruzədə qlobal iqtisadiyyatdakı sürətlənmənin ABŞ-ın ixracını dəstəkləyəcəyi bildirilib.
Fed aşağı inflyasiyaya baxmayaraq bu ilin Mart və İyun aylarında faizlərini 2 dəfə artırmışdır.
SUAL -CAVAB HİSSƏSİ
Təqdimatın ardından sualları cavablandıran Yellen Fedin inflyasiya hədəflinə çatmağa fokuslandığını bildirib və 2 faiz inflyasiyaya yaxınlaşıldığını söyləməyin hələ tez olduğunu deyib. Sədr inflyasiya hədəfini yüksəltməyin Fed-in müzakirə mövzusu olmadığını bildirib.
SEMİNARA QATIL, PUL QAZANMAQ SƏNƏTİNİ ÖYRƏN VƏ QAZAN
Yellen, məşğulluğun artmasının maaşların artmasına səbəb olacağını və qiymətləri yuxarı qaldıracağını (inflyasiyanı artıracağını) deyib.
Yellen balansın azaldılmasına dair, "Mənə görə nisbi yaxın bir zamanda başlaya bilər. Əgər iqtisadiyyat gözləntilər istiqamətində getsə, proses yaxında başlaya bilər" şəklində cavab verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 d. əvvəl
- 3 d. əvvəl
-
-
36 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb


























