FED sədrinin açıqlaması bazarlarda "zəlzələ" yaratdı - DOLLAR BAHALAŞIR, QIZIL VƏ NEFT UCUZLAŞIR
ABŞ Mərkəzi Bankının (FED) sədri Jerome Powell, ABŞ Senatının Bank Komitəsinə etdiyi təqdimatda yüksək inflyasiyanın onların faiz dərəcələrini gözlədiklərindən daha çox yüksəldilməsinə səbəb olacağını bildirib. Qısası, FED inflyasiya ilə mübarizə üçün faiz dərəcəsini artırmağa davam edəcək. FED sədrinin bu açıqlaması bazarlarda kəskin qiymət dəyişikliklərinə səbəb olub.ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauellin (Jerome Powell) ABŞ Konqresində iki gün davam edəcək yarımillik Pul Siyasəti Hesabatı ilə bağlı təqdimatı başlayıb.
Marja xəbər verir ki, Pauell ABŞ Senatının Bank Komitəsinə etdiyi təqdimatda bu il başlayacaq güclü və davamlı iqtisadi aktivliyin mərkəzi bank rəsmilərini faiz dərəcələrini daha da artırmağa sövq edə biləcəyini və yüksək inflyasiyanın onların faiz dərəcələrini gözlədiklərindən daha çox artırılmasına səbəb olacağını bildirib.
Senatın Bankçılıq Komitəsində danışan Pauell deyib: "Son iqtisadi məlumatlar gözləniləndən daha güclüdür və bu, faiz dərəcələrinin son səviyyəsinin, ehtimal ki, əvvəllər gözləniləndən daha yüksək olmasını tələb edəcək".
“İnflyasiya ilə mübarizədə hələ çox yolumuz var”
Pauell, son aylarda inflyasiyanın "ilıq"olmasına baxmayaraq, inflyasiyanın 2% səviyyəsinə endirilməsi prosesində çox uzun bir yol olduğunu söyləyib.
Ötən il FED uçot dərəcəsini 8 dəfə artıraraq 4,5-4,75% aralığına çatdırıb.
Pauell çərşənbə günü ABŞ Nümayəndələr Palatasının Komitəsində də təqdimatla çıxış edəcək.
Puelin açıqlamasından sonra Dollar bahalaşıb. Bakı vaxtı ilə saat 23:14-ə olan məlumata görə, Avro/Dollar məzənnəsi 1,14% azalaraq 1.0557 səviyyəsinə düşüb (avro ucuzlaşıb, dollar bahalaşıb). Qızıl 1,7% ucuzlaşaraq unsiyası 1815 dollara, Brent nefti isə 3% ucuzlaşaraq 83,61 dollara geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 5 gün sonra
- 11 d. əvvəl
- 12 d. əvvəl
-
48 d. əvvəl
Mikayıl Cabbarovun rəhbərlik etdiyi heyət Türkmənistana işgüzar səfər edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Təhlükəsizlik kamerası sizi nə qədər qoruyur? - Risklər, həll yolları
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Assist Finance” 800 min manatlıq diskontlu istiqraz buraxır
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Rəsmi məzənnələr açıqlandı
Mercedes-in avtomobil satışı Çin amilinin təsiri ilə azalıb
Ən çox oxunanlar
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir!
“Assist Finance” 800 min manatlıq diskontlu istiqraz buraxır
Rusiyanın buğda ixracı 14 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
VTB (Azərbaycan)-da yeni təyinatlar olub





















