"Xəzərin Azərbaycan sektorundan çıxarılması mümkün olan neft və qaz ehtiyatları hələ çoxdur"

Xəzər dənizinin dünya okeanına çıxışı olmasa da, özünün zəngin karbohidrogen ehtiyatları ilə bütün dünyada məşhurdur. Bu zənginlikdən dənizin Azərbaycan hissəsinə də xüsusi pay düşür. Elə açıq dənizdə ilk neft quyusu da məhz Xəzərin Azərbaycan sektorunda qazılıb. “Möcüzələr adası” kimi tanınan əfsanəvi Neft Daşlarında 1949-cu ilin noyabr ayında fəvvarə vuran ilk neft quyusu Azərbaycan neftçilərinin şücaətini bütün dünyaya bəyan edib.
Ötən 73 ildən artıq bir müddətdə dənizin ölkəmizə aid sektorunda çoxsaylı neft-qaz yataqları kəşf olunub. “Neft Daşları”, “Palçıq pilpiləsi”, “Darvin bankəsi”, “Bahar”, “Qum Dəniz”, “8 Mart”, “Bulla Dəniz”, “Ümid” və s. yataqlardan uzun illərdir ki, neft və qaz çıxarılır. Azərbaycanın iqtisadi müstəqilliyinin qarantı olan “Əsrin müqaviləsi” çərçivəsində istismar olunan “Azəri-Çıraq-Günəşli” yataqlar bloku, eləcə də Avropanın “mavi yanacaq”la təminatına misilsiz töhfələr verən “Şahdəniz” yatağı isə hələ uzun illər ölkəmizin neft sənayesinə xidmət edəcək.
Ötən illərdə dənizdə, polad dirəklər üzərində nəhəng platformalar quraşdırılıb, minlərlə quyu qazılıb. Yeri gəlmişkən, neftin sənaye üsulu ilə çıxarılmasına başlanıldığı 175 ilə yaxın bir dövr ərzində Azərbaycanda istehsal edilən təqribən 2 milyard 200 milyon ton “qara qızıl”ın çox hissəsi məhz dəniz neft yataqlarının payına düşüb. Bütün bunlarla yanaşı, Xəzərin Azərbaycan sektorundan çıxarılması mümkün olan neft və qaz ehtiyatları hələ çoxdur. Hazırda ölkəmizin təsdiqlənmiş neft ehtiyatları təqribən 1 milyard ton, qaz ehtiyatları isə 2,6 trilyon kubmetr həcmində dəyərləndirilir. Bununla belə, mütəxəssislərin əksəriyyəti həmin ehtiyatların daha çox olması qənaətindədir.
Geoloqlarımız Xəzər dənizinin Azərbaycan sektorunda illər öncə “Araz”, “Alov”, “Şərq”, “Əşrəfi”, “Dan Ulduzu”, “Babək”, “Naxçıvan”, “Şəfəq-Asiman”, “Dostluq”, “Zəfər–Məşəl” və digər perspektivli strukturlar aşkar ediblər. Həmin sahələrdə də kifayət qədər neft və qaz ehtiyatlarının olması güman edilir. Məlum olduğu kimi, Avropada Azərbaycanın təbii qazına maraq getdikcə artır. İndi “qoca qitə”nin bir sıra dövlətləri “mavi yanacağa” olan tələbatın ödənilməsi üçün Azərbaycana böyük ümid bəsləyilər. Elə ölkəmiz də bu tələbatı qarşılamaq üçün yaxın perspektivdə qaz hasilatını artırmağı qarşıya mühüm vəzifə kimi qoyub. Bu baxımdan artıq ehtiyatları tam təsdiqlənmiş “Abşeron”, “Ümid-Babək” və “Şəfəq-Asiman”, eləcə də “AÇG”nin dərin laylarına ümid böyükdür.
Bir məqamı da qeyd edək ki, 2021-ci il yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində yerləşən “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Xatırladaq ki, adıçəkilən yatağın neft və təbii qaz ehtiyatları müvafiq olaraq təqribən 60 milyon ton və 100 milyard kubmetr həcmində dəyərləndirilir. “Dostluq” yatağının ehtiyatları isə hər iki ölkənin neft sənayesinə böyük perspektivlər vəd edir.
İlham ŞABAN, Neft Araşdırmaları Mərkəzinin rəhbəri:
Xəzərin Azərbaycan sektorunda 1990-2000-ci illərdə aparılmış kəşfiyyat-qazma işləri nəticəsində bir sıra sahələr aşkarlanıb. Ötən müddətdə yeni texnologiyalar yaradılıb, by sahədə ciddi texnoloji inkişaf baş verib. Bu da karbohidrogen ehtiyatlarının dəqiqləşdirilməsinə imkan yaradır. Bəzi perspektiv sahələrdə əvvəlki illərdə aparılmış kəşfiyyat işləri lazımi nəticə verməsə də, sonralar həmin ərazilərdə yeni quyuların qazılmasına zərurət yaranıb. Ona görə də geoloqlarımızın vaxtilə aşkara çıxardıqları strukturların hər biri ümidverici sayıla bilər.
Məhz bu səbəbdən perspektivli strukturlarda təkrar kəşfiyyat işlərinin aparılması, müasir texnika və texnologiyaların köməyi ilə yeni quyuların qazılması bir çox hallarda müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Məsələn, 1998-ci ildə “Abşeron” yatağında aparılmış kəşfiyyat işləri burada kommersiya baxımından cəlbedici karbohidrogen ehtiyatlarının olmadığını göstərmişdi. Ancaq 2011-ci ildə “Total” şirkəti orada böyük bir qaz-kondensat yatağı aşkarladı. Daha sonra qazılan qiymətləndirmə quyusunun isə onun “Şahdəniz”dən sonra Xəzərdə tapılan ikinci ən böyük qaz yatağı olduğunu təsdiqlədi.
“Qarabağ” yatağı da onun kimi. Belə ki, 1997-99-cu illərdə burada aparılmış kəşfiyyat işləri nəticəsində belə bir qənaətə gəlinmişdi ki, yatağın neft ehtiyatları vur-tut 17 milyon tondur. Amma 2018-ci ilin mayında Norveçin “Equinor” şirkəti ilə “Qarabağ” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. 2020-ci ilin martında isə orda aparılmış yeni kəşfiyyat-qazma işləri nəticəsində tapılan karbohidrogen ehtiyatlarının 50 milyon tondan az olmadığı aşkar edildi.
Bu baxımdan “Ümid” yatağının yaxınlığında yerləşən “Babək” strukturunda aparılacaq qazma işləri nəticəsində yeni bir qaz yatağının açılacağına ümid etmək olar. Düzdür, Azərbaycan geoloqları iddia edirlər ki, orada, hətta “Abşeron”dan da çox, 400 milyrd kubmetr qaz ehtiyatı var. Ancaq istənilən ehtiyatı təsdiqləmək üçün mütləq quyu qazmaq lazımdır. Yeri gəlmişkən, “Naxçıvan”, “Zəfər-Məşəl” kimi perspektiv strukturlarda da vaxtilə aparılmış qazma işləri nəticə verməyib. Onu da deyim ki, hazırda Azərbaycanın Heydər Əliyev adına qazma qurğusu var. Bu unikal qurğu öz texniki, texnoloji imkanlarına görə 30 il əvvəl mövcud olmuş qazma qurğularını qat-qat üstələyir. Belə ki, əvvəlki qurğuların köməyi ilə dənizdə 7 min metr dərinliyində quyular qazmaq mümkün idisə, Heydər Əliyev adına qazma qurğusu 9 min metrə qədər dərinlikdə qazma işləri apara bilir. Düşünürəm ki, yaxın illərdə Xəzərin Azərbaycan sektorunda yerləşən bütün perspektivli sahələrin potensial imkanları dəqiq öyrəniləcək.
© “Xalq qəzet”
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO

“Gardashlar Mebel”dən Şuşada səhiyyəyə töhfə - Müalicə-Sağlamlıq Mərkəzi yerli istehsal mebellər ilə təmin edilib
SON XƏBƏRLƏR
-
2 gün sonra
Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın idxalı 24,8 faiz artıb, ixracı isə 8,6 faiz azalıb
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Unicapital ilə investisiya əlavə faizlər qazandırır - İLLİK 8% və 15% GƏLİRLƏR
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bugünədək “Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyanın məbləği açıqlanıb
-
7 saat əvvəl
Mərkəzi Bank "Payriff" şirkətinə icrası məcburi olan göstəriş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək

Londonda Azərbaycanın "yaşıl" sərmayə imkanları müzakirə olunub, investorlar əməkdaşlığa dəvət olunublar

Azərbaycanın idxalı 24,8 faiz artıb, ixracı isə 8,6 faiz azalıb

Bugünədək “Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyanın məbləği açıqlanıb

Azərbaycanda iqtisadi artım cüzi də olsa sürətlənib

Azərbaycanda 4 ayda 10,3 milyard manatlıq satış
Ən çox oxunanlar

"TEMİRLİ QRUP" şirkətinin rəhbərliyi yenidən seçiləcək

"İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa hazırdır"

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO

Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti 4 dəfəyə yaxın artıb

Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları 11 %-dən çox azalıb
