"Premium Bank"ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
"Premium Bank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Premium Bank" ASC 2022-ci ili 5 milyon 466 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 1 milyon 935 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti 2,8 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və xərclərin azaldılmasından qaynaqlanır.
2022-ci ildə "Premium Bank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 48 milyon 860 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 38 milyon 315 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 10 milyon 545 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Bankın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 47 milyon 112 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 47 milyon 826 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 714 min manat təşkil etmişdi.
2021-ci ildə "Premium Bank", mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 5 milyon 147 min manatın hesabına mənfəətə çıxmışdı. Ötən il bank 1 milyon 904 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
"Premium Bank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 68 milyon 137 min manat azalaraq 692 milyon 202 min manata düşüb. Bank 2021-ci ilin sonunda 760 milyon 339 min manat cəmi aktivlərə malik idi. O cümlədən, müştərilərə verilmiş kreditlər (kredit portfeli) 71 milyon 108 min manat azalaraq 436 milyon 968 min manata geriləyib. Bank 2021-ci ilin sonunda 508 milyon 76 min manat cəmi kredit portfelinə malik idi.
Ötən il "Premium Bank"da cəmi depozitlər 51 milyon 870 min manat azalaraq 518 milyon 360 min manatdan 466 milyon 490 min manata düşüb. Bankda fiziki şəxslərin depozitləri 13 milyon 407 min manat artıb, hüquqi şəxslərin depozitləri isə 65 milyon 277 min manat azalıb.
31 Dekabr 2022-ci il tarixində "Premium Bank" 175 milyon 718 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
6 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
6 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
6 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
8 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib























