“Expressbank” 2022-ci ili 12,4 milyon manat mənfəət ilə başa vurub
"Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan “Expressbank” ASC, növbəti maliyyə uğurunu əldə etmişdir. Bank ötən illərdə olduğu kimi, 2022-ci ildə də yüksək statistik göstəricilərə imza atmışdır".
Marja xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, 2022-ci ilin maliyyə göstəricilərinə əsasən, “Expressbank” ASC 61.1% artım əldə edərək ötən ili 12.4 milyon manat mənfəətlə başa vurmuşdur.
Aktivlərin həcmi 24.4% böyümüşdür.
2022-ci ilin maliyyə hesabatında bankın bir çox göstəricilərində uğurlu nəticələr qeydə alınmış və bu özünü aktivlərin həcmində də əks etdirmişdir. Nəticələrə baxdıqda görə bilərik ki, 2021-ci il ilə müqayisədə bankın aktivləri 24.4% artaraq 436,956 milyon manat təşkil etmişdir.
Depozitlərin payında 23.7% artım olmuşdur.
Müştərilərinin inamını və etibarını qazanmağı prioritet seçən, daim onların istəklərini nəzərə alan və bu minvalda fəaliyyətini qətiyyətlə davam etdirən “Expressbank” ASC depozitlərin statistikasında da müsbət nəticələr əldə etmişdir. Bankın depozitlərində olan göstərici 23.7% artaraq 193,107 milyon manata çatmışdır. Bu da, öz növbəsində bank və müştəri münasibətlərinin artan tempdə inkişaf etdiyinin və qarşılıqlı inam prinsipinlərinə söykənməsinin təcəssümüdür.
Kredit portfelinin ümumi həcmində 13.5% artım qeydə alınmışdır.
“Expressbank” ASC xidmət və məhsullarında daim müştərilərinin rəyini və ehtiyaclarını nəzərə almışdır. Bankın mütəmadi olaraq həyata keçirdiyi kredit kampaniyalarında sərfəli və uyğun şərtlərlə müştərilərə nağd pul kreditləri təklif edilir. Belə ki, 12 ayın yekunlarına əsasən, istehlak kreditlərinin həcmi 15.5% artaraq 159,369 milyon manat olmuşdur. Sadəcə istehlak kreditlərində deyil, sahibkarlara dəstək olmaq üçün təklif edilən biznes kreditlərinin də həcmi 7.1% artaraq 95,845 milyon manata çatmışdır. Bu isə ölkəmizdə sahibkarlara olan inamın və biznes mühitinin inkişafı istiqamətində dəstəyin bir başqa əyani göstəricisidir.
Əlavə olaraq qeyd etmək istərdik ki, 2022-ci ilin göstəricilərində daşınmaz əmlak kreditlərinin həcmi də 23.4% artaraq 41,870 milyon manat olmuşdur. Ümumilikdə isə bankın kredit portfeli 13.5% artmış və 304,227 milyon manata yüksəlmişdir.
Kapitalın həcmi 129,135 milyon manat təşkil edib.
Bankın əldə etdiyi uğurlu nəticələrdən biri də kapitalın artımında olan göstəricidir. Bu isə dayanıqlı inkişafı və adekvatlılığı özündə ehtiva etdirir. 2022-ci il üzrə bankın kapital həcminə nəzər saldıqda 4.3% artım olduğunu və 129,135 milyon manat civarına çatdığını görə bilərik.
Bankın faiz gəlirləri 14.4% artmışdır.
Ötən ilin nəticələrinə əsasən, bankın faiz gəlirləri 14.4% artmış və 48,258 milyon manat təşkil etmişdir. Habelə nəzərə çarpan müsbət nəticələr özünü qeyri-faiz gəlirlərində də göstərib. Belə ki, bankın qeyri-faiz gəlirləri 33.3% artaraq 18,439 milyon manata çatmışdır.
İqtisadi və maliyyə sektorunda mütəmadi tərəqqi, davamlı inkişaf, gəlir potensialı və şəffaflıq kimi kateqoriyalar üzrə qiymətləndirmə həyata keçirən beynəlxalq “Fitch Ratings” agentliyi “Expressbank” ASC-nin fəaliyyətinə yüksək qiymət verərək, bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.
“Expressbank” ASC həm yerli, həm də beynəlxalq maliyyə mühitində olan yenilikləri izləməyə, bunları öz fəaliyyət istiqamətinə tətbiq edərək daha da təkmilləşməyə davam etməkdədir. Bank bundan sonra da uğurlu işlərə imza atmağa və müştəri məmnuniyyətini təmin etmək üçün mütərəqqi yolda inkişaf etməyə davam edəcəkdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
8 saat əvvəl
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
-
-
10 saat əvvəl
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
-
12 saat əvvəl
Mis bazarında "ralli": 14 000 dollar həddi test edildi - Yeni rekordlar gözlənilir
- 12 saat əvvəl
-
12 saat əvvəl
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb
-
12 saat əvvəl
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
-
13 saat əvvəl
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
-
13 saat əvvəl
Bakı Fond Birjasında “PAŞA Bank”ın müraciətinə baxılıb, qərar qəbul edilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
eBay 56 milyard dollarlıq satınalma təklifinə “yox” dedi
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Faciə xəbərini oxuyuruq, amma dərs çıxarmırıq. Niyə?
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət - 47 milyon sərmayə yatırıb, siqaret istehsal edəcək
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış olub
PAŞA Bank səhmlərinə abunə yazılışının müddətini uzatdı
Ağacdan sənayedə istifadəyə dair qanun layihəsi hazırlanır







.jpg)





.jpg)







