Unibank ötən ilin maliyyə nəticələrini açıqladı - YENİ SƏDRİNDƏN ŞƏRH
İlin sonunda bankın aktivləri öz tarixi maksimumuna çataraq, 1,4 milyard manatı ötüb.
“Unibank” KB ASC 2022-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 31 dekabr 2022-ci il tarixinə “Unibank”ın əməliyyat mənfəəti 24.5 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb. İl ərzində cəmi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 % artaraq, 233 milyon manat təşkil edib.
2022-ci ildə qazanılmış faiz gəlirləri 163 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 70 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 75%, faiz gəlirləri isə 34% artıb.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov 2022-ci ilin Bank üçün vacib il olduğunu bildirib:
“Unibankın 30 illik yubiley ili kimi qeyd etdiyimiz 2022-ci il, bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldı. Artan rəqabət, sürətlə yenilənən texnologiya və müştərilərin innovativ məhsul və xidmətlərə tələblərini layiqincə qarşılamaq üçün ötən il ərzində bank yeni xidmət və məhsulların tətbiqi, eləcə də rəqəmsallaşmanın sürətləndirilməsi üçün sərmayə qoyuluşlarını davam etdirib. Unibank ölkə iqtisadiyyatının maliyyələşdirilməsində yaxından iştirakla yanaşı, biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyətinin avtomatlaşdırılması, bank xidmətlərindən kənarda qalan əhalinin banka cəlbi, bütün sahələrdə rəqəmsallaşmanın sürətləndirilməsi üçün ciddi investisiya layihələri həyata keçirib. Bu sərmayələr Bankın və əməkdaşların inkişafını və gələcək hədəflərini təmin etmək, müştərilərin bank məhsul və xidmətlərindən istifadəsini daha da yaxşılaşdırmaqla yanaşı, bu ildən etibarən maliyyə nəticələrinə də müsbət təsirini göstərəcəkdir. Yatırdığımız bu böyük investisiyaların nəticələri yaxın illərdə daha açıq şəkildə hiss olunacaq. 2022-ci ildə həyata keçirilən tədbirlər bankın vacib maliyyə göstəricilərinin nəzərəçarpan artımını da göstərir. İlin sonunda bankın aktivləri öz tarixi maksimumuna çataraq, 1,4 milyard manatı ötüb. Uğurla başa çatdırılan kapitallaşma prosesi nəticəsində bankın kapitalı 31 milyon manata yaxın artıb.
2023-cü il üçün də böyük hədəflərimiz, yeni daxili inkişaf layihələrimiz və müştərilərimiz üçün planladığımız yeniliklər var. İnanırıq ki, bu il də Unibank və ümumilikdə ölkə bank sektoru üçün əhəmiyyətli illərdən biri olacaq”.
Press-relizdə qeyd edilib ki, 2022-ci il ərzində bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2022-ci ilin əvvəli ilə müqayisədə ilin sonunda “Unibank”ın ümumi kredit portfelinin həcmi 20% artıb.
Hər zaman olduğu kimi ötən il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 56% artıb. İl ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 336 milyon manat təşkil edib. Biznes kreditləri portfeli 31 dekabr 2022-ci il tarixinə 274 milyon manat təşkil edib. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, “Unibank”ı seçən biznes sahblərinin sayı 2021-ci illə müqayisədə 12%-ə yaxın artıb.
“Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, 2022-ci il ərzində verilən mikrokreditlərin əksəriyyəti bu xidmət vasitəsilə ayrılıb. İl ərzində onlayn formada açılan biznes hesabların və onlayn rəsmiləşdirilən kreditlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Pərakəndə bank müştərilərinin də bank xidmətlərində rəqəmsal kanallara üstünlük verməsində ciddi artımlar qeydə alınıb.
Son illərdə dünyada və qlobal iqtisadiyyatda baş verən hadisələr fonunda Bank əvvəlki kimi kredit risklərinə xüsusi diqqətlə yanaşaraq, ehtiyatların yaradılması ilə bağlı konservativ siyasətini davam etdirir. Bu məqsədlə ötən il ərzində 26 milyon manat ehtiyatlara ayırmalar edib.
2022-ci ildə bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ilin sonuna “Unibank”ın aktivlərinın həcmində 39% artım qeydə alınıb. Hesabat dövrünün sonuna bankın xalis mənfəəti 0,6 milyon manata yaxın olub. Kapitallaşma proqramının uğurla başa çatdırılmasının nəticəsi olaraq, Bankın məcmu kapitalı 20% artaraq, 128 milyon manata çatıb.
Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli 286 milyon manat artaraq, 31 dekabr 2022-ci il tarixinə 990 milyon manat təşkil edib.
Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. 2021-ci illə müqayisədə ötən il Unibank kartları üzrə nağdsız əməliyyatların sayı 5 dəfə çoxalıb, həcmi isə 3 dəfədən çox artaraq 8 milyard manata çatıb. Ümumilikdə isə 2021-ci illə müqayisədə 2022-ci ildə Unibank kart sahiblərinin sayında 86% artım olub.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda hotellərdə gecələmələrin 20 faizə yaxını Hindistan vətəndaşlarının payına düşüb
-
1 gün əvvəl
Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir
-
1 gün əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

Azərbaycan hotelərindəki yerlərin 79 faizə yaxını boş qalıb

Azərbaycan neftinin son qiyməti

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir
Ən çox oxunanlar

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi

“Azərbaycan Dəmir Yolları”nın xarici borcu açıqlanıb
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

3 Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş
