Kapital Bank ilsonu göstəricilərini elan etdi

Kapital Bank 2022-ci il üzrə fəaliyyət nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov rəqəmlər, statistik göstəricilər və bankın 2020-2023-cü illər üzrə qoyduğu strateji hədəflərin icra statusu barəsində danışıb.
Ramil İmamov, strateji planlamanın bankın inkişafı və liderliyini qoruyub saxlaması üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.
“2020-2023 strateji dövrdə riteyl üzrə əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq və inkişaf etdirmək idi. Ötən 2 il ərzində bu sahədə yolumuzu inamla davam etdirdik. Hazırda nağd pul krediti üzrə portfelimiz 1,4 milyard manat, kredit kartları üzrə portfelimiz isə təxminən 420 milyon manat təşkil edir. Həmçinin ümumi olaraq istehlak kreditləri üzrə bazar payımız təxminən 35% təşkil edir. Bununla paralel olaraq kart biznesinin inkişafı da uğurla davam etdirilir. Debet kart satışlarının sayında kəskin artım olub ki, hazırda bazarda debet kart sayımız 1,6 milyondan artıqdır. Birbank kartları üzrə 2022-ci ilin sonu üçün ümumi olaraq dövriyyə hədəfimiz 2 milyard manatdır və biz artıq bu rəqəmə çatmışıq. Taksit kart bazarında da Birbank kartlarımız lider mövqedədir. Belə ki, hazırda 400 000-dən artıq taksit kart müştərimiz var ki, onların da ümumi taksit dövriyyəsi 300 milyon manatdan çoxdur. Bu da ümumi taksit bazar payının 82%-i deməkdir. Hazırda ümumi xidmət üzrə partnyorlarımızın sayı 20 000-dən çoxdur. Kart biznesinin inkişafı ilə paralel olaraq ekvayrinq biznesi üzrə də artım müşahidə olunur. Belə ki, hazırda Kapital Bank-ın 15 000-dən artıq POS-terminal, 1 000-ə yaxın e-ticarət və 4 000-dən artıq Mobil-POS müştərisi vardır”, - deyə Ramil İmamov bildirdi.
Son illər ərzində Azərbaycanın bank sektorunda ipoteka kreditləşməsinin genişləndirilməsi və mikro biznesə dəstək prioritet sahələrdən hesab olunur. Müsahibimiz bankın bu sahədə olan uğurlarından danışıb.
“Son illər Kapital Bank üçün ipoteka biznesi əsas inkişaf etdirilən sahələrdən biridir. Strateji dövrdə qarşıya qoyulan hədəflərdən biri ipoteka portfeli üzrə bazarda böyük pay sahibi olmaq və müştərilər üçün çevik xidməti təmin etmək idi. İpoteka üzrə qısa zaman kəsiyində yüksək nəticələr əldə olunub və müştərilərə 4 növ ipoteka krediti təklif edirik. Hazırda ipoteka portfelimiz 400 milyon manatdan artıqdır. Onu da qeyd edim ki, artıq müştərilərimiz müxtəlif kanallar vasitəsilə ipoteka üçün banka müraciət etdikdə onlara düşən kredit məbləği və ilkin şərtlər (məbləğ, aylıq ödəniş və s.) bizim skorinq model tərəfindən hesablanıb təqdim edilir. Həmçinin bu strateji dövrdə yeni qurduğumuz bir biznes sahəsi isə mikro biznes olub. Ötən 2 il ərzində mikro seqment müştəriləri üçün müxtəlif növ bank məhsul və xidmətləri yaradıldı. Bunların içərisində hazırda ölkə üzrə yalnız Kapital Bank tərəfdən icra olunan onlayn kreditləşməni qeyd etmək istərdim. Mikro biznes müştərilərimiz tərəfdən də məsafədən kreditləşmə müsbət qarşılanıb və bəyənilib. Mikro biznes kreditləri üzrə cari ana kredit portfelimiz isə 76 milyon manat təşkil edir və bu göstərici sürətlə artır”, - deyə, bank rəsmisi qeyd etdi.
Pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da biznesi aparmaq qaydalarına təsir etdiyi kimi, istehlakçılar arasında onlayn xidmətlərə, rəqəmsallaşmaya marağı artırıb. Maraqlıdır, bu tendensiyalar bank sektoruna necə təsir edib? Ramil İmamov bu mövzuda da açıqlama verərək statistik göstəricilərə toxunub:
“Onlayn kanallar üzrə kredit və kart satışlarının göstəricilərində artım müşahidə olunur. Belə ki, bank üzrə ümumi satışın 60%-i məhz onlayn kanalların payına düşür. Birbank rəqəmsal bankının istifadəçi sayında olan göstəricilər də yüksək templə artır. Hazırda Birbank-ı 5,4 milyon nəfərdən artıq istifadəçi yükləyib ki, onlardan 2 milyon nəfərdən çoxu aktiv istifadəçidir. Qeyd edim ki, aktiv istifadəçilərin payına ay ərzində ortalama 9 əməliyyat düşür.
Həmçinin bu strateji dövrdə müştəri xidməti keyfiyyətinin artırılması da diqqət mərkəzində olan istiqamətlərdəndir. Belə ki, ölkə üzrə ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank-da filial şəbəkəsinin optimallaşdırılması və yeni xidmət nöqtələrinin açılmasına xüsusi diqqət ayrılır. Təkcə bu il ərzində Bakı şəhəri üzrə 9, regionlar üzrə 2 yeni xidmət nöqtəmiz istifadəyə verilib. Telefon mərkəzi və onlayn müştəri xidməti sahələrinin resursları da artırılıb. Bankımız müştəri məmnuniyyətinin artırılması, daxil olan müştəri müraciətlərinin cavablandırılması və müştəri şikayətlərinin həll edilməsi proseslərinin aparılması üzrə beynəlxalq sertifikatlaşmadan keçərək ISO 10002:2018 sertifikatı əldə edib. Əlbəttə ki, görülən bu tədbirlər fasiləsiz davam etməlidir. Bankın həm rəqəmsal, həm də filiallar vasitəsilə xidmət etdiyi müştəri sayı böyük olduğundan daxil olan müraciətlərin daha effektiv emal olunması istiqamətində işlər daimi əsaslarda görülməli və hər zaman yüksək prioritet təşkil etməlidir”.
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
5 saat əvvəl
Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda hotellərdə gecələmələrin 20 faizə yaxını Hindistan vətəndaşlarının payına düşüb
-
6 saat əvvəl
Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azər Türk Bank kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir
-
21 saat əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

Azərbaycan hotelərindəki yerlərin 79 faizə yaxını boş qalıb

Azərbaycan neftinin son qiyməti

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir
Ən çox oxunanlar

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi

“Azərbaycan Dəmir Yolları”nın xarici borcu açıqlanıb
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

3 Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş
