"Biz Azərbaycan qazının idxalını müzakirə edəcəyik" - Azərbaycanda səfərdə olan Baş nazir
Moldovanın Baş naziri Nataliya Qavrilitsa Azərbaycana rəsmi səfəri ərəfəsində müsahibə verib (Natalya Qavrilitsa oktyabrın 10-da Azərbaycana səfərə gəlib). Müsahibəni təqdim edirik.
- Xanım Baş nazir, ilk növbədə, müsahibəyə razılıq verdiyinizə görə sizə təşəkkür edirik. Azərbaycana rəsmi səfəriniz barədə nə deyə bilərsiniz? Bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafına necə töhfə verəcək?
-Mən, ilk növbədə, gözəl ölkənizə dəvətə görə Azərbaycan tərəfinə təşəkkür etmək istərdim. Səfər çərçivəsində biz Azərbaycan Respublikasının rəsmiləri ilə məzmunlu danışıqlar aparmağı planlaşdırırıq. Həmçinin ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası, nazirlik və idarələrdə, maraqlı biznes strukturlarının platformalarında görüşlər keçiriləcək.
Bakıda olmağım kontekstində xüsusilə qeyd etmək istərdim ki, bu il ikitərəfli əlaqələrimiz üçün yubiley ilidir. May ayında biz diplomatik münasibətlərimizin qurulmasının 30 illiyini qeyd etdik. Sevindirici haldır ki, bu il ikitərəfli siyasi dialoq üçün çox zəngindir. Mənim rəsmi səfərimlə yanaşı, bu il Moldova Respublikası Parlamentinin sədri İqor Qrossu, Baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku və Baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu da Azərbaycana səfər ediblər.
Moldova-Azərbaycan siyasi dialoqunun davam etdirilməsində və ən müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndirilməsində ümumi marağımız baxımından biz siyasi və iqtisadi sahələrdə əməkdaşlığın dinamik inkişafı, eləcə də qarşılıqlı fəaliyyətin yeni perspektiv istiqamətlərinin təşviqi üçün yaxşı zəmin yaradırıq. Təbii ki, səfərin buna tam töhfə verəcəyinə böyük ümidlər bəsləyirik.
- Moldova Respublikası Azərbaycanla enerji sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Səfəriniz zamanı Azərbaycandan təbii qaz idxalı imkanı müzakirə olunacaqmı?
-Moldova Respublikasının hazırda üzləşdiyi enerji böhranı kontekstində biz enerji sektorunda əməkdaşlığa, qarşılıqlı fəaliyyətin yeni perspektivli addımlarının axtarışına xüsusi diqqət yetiririk. İndi də, əvvəlki kimi, biz Moldova tərəfinin təbii qazın təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyasında maraqlı olduğunu təsdiqləyirik, çünki ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi ölkə rəhbərliyinin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikasının qərb istiqamətində mavi yanacağın ixracını artırmaq niyyətini nəzərə alaraq, biz Azərbaycan təbii qazının Moldovaya təchizatı imkanını müzakirə etməyə hazırlaşırıq.
Eyni zamanda, biz elektrik enerjisi sahəsində bəzi birgə layihələrin inkişafı, Azərbaycan neft məhsullarının Moldovaya idxalı imkanını müzakirə edəcəyik.
- Moldova-Azərbaycan münasibətlərinin gündəliyinə hansı perspektivli məsələlər daxildir?
-Qeyd etdiyim kimi, Moldova tərəfi siyasi dialoqun ən yüksək səviyyədə genişləndirilməsinə açıqdır. Əminik ki, yüksək səviyyəli təmaslar ölkələrimiz arasında iqtisadi əməkdaşlığın intensivləşdirilməsi üçün əlavə impulsdur.
Son illərdə ölkələrimiz arasında ticari mübadilə sahəsində müəyyən artım olsa da, ikitərəfli əməkdaşlığın mövcud potensialını əks etdirmir və biz ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə dəstək vermək niyyətindəyik. Daha bir mühüm istiqamət investisiya layihələrinin birgə həyata keçirilməsidir.
Bizim aqrar sahədə də yaxşı əməkdaşlığımız vardır və son dövrdə bu sahədə əlaqələr yeni istiqamətdə inkişaf edir. Moldovalı mütəxəssislər azərbaycanlı həmkarlarına üzümçülüyün və şərabçılığın inkişafında uğurla kömək edirlər. Biz Moldovaya mineral gübrələrin təchizatını artırmaqda maraqlıyıq.
Əlbəttə ki, Moldova və Azərbaycan xalqları arasında ənənəvi dostluq və sıx əlaqələr kontekstində mədəniyyət, turizm və humanitar sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsinə ümid edirik.
Əminəm ki, bizim ikitərəfli qarşılıqlı münasibətlərimizin müsbət dinamikası davam edəcək və dərinləşəcək. Biz azərbaycanlı həmkarlarımızı və dostlarımızı Moldova Respublikasında görməkdən şad olardıq.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
7 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
12 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
12 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb





















