Neft bazarları nəfəsini tutub bu qərarı gözləyir - SAAT 16:00- DA İCLAS BAŞLAYACAQ
OPEC+ nazirləri 2020-ci ilin yazından bəri ilk dəfə bu gün (05 oktyabr 2022) Vyanada şəxsən görüşəcəklər. İstehsal parametrləri ənənəvi olaraq iki mərhələdə müzakirə olunacaq. Brent neftin qiyməti 90 dolları keçib.OPEC+ sazişində (alyans) iştirak edən ölkələrin nazirləri neft hasilatı üzrə gələcək planı müəyyən etmək üçün bu gün növbəti iclası keçirəcəklər.
Marja.az xəbər verir ki, 2020-ci ilin martından bəri ilk dəfə alyans üzvləri OPEC-in Vyanadakı mənzil-qərargahında şəxsən görüşəcəklər.
Bir ay əvvəl, sentyabrın 5-də keçirilən əvvəlki iclasda OPEC+ ölkələri oktyabrda neft hasilatını gündəlik 100 min barel azaltmaq qərarına gəliblər. O zamankı yekun kommünikedə ittifaqın avqust istehsal səviyyəsinə qayıdacağı bildirilir. Sənəddə vurğulanıb ki, hasilatın gündəlik 100 min barel artırılması ilə bağlı avqust ayında qəbul edilmiş qərar yalnız sentyabr ayına şamil edilir.
Norveçin "Rystad Energy" konsaltinq şirkətinin analitiki Viktor Kurilov müsahibəsində qeyd edib ki, belə bir qərar alyansın neftin qiymətini yüksək səviyyədə saxlamaq üçün hasilatın daimi artırılmasıdan imtina etməyə hazır olduğunu nümayiş etdirir. Eyni zamanda, Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak sentyabr iclasından sonra bildirib ki, OPEC+ öz qərarları ilə heç bir neftin qiymətini formalaşdırmır, bazarı tarazlaşdırır.
Neft qiymətləri OPEC+-ın oktyabrda hasilatı gündəlik 100 min barel azaltmaq barədə qərarına zəif reaksiya vermiş və bir bareli 90 dollar civarında qalmışdı. Eyni zamanda, sentyabr ayı ərzində Brent markalı neftin qiyməti yanvar ayından bu yana ən aşağı səviyyəyə - bir barel üçün 83 dollardan aşağı düşüb.
OPEC+ ölkələrinin hasilatın daha güclü azaldacağı ehtimalı ilə bağlı xəbərlər fonunda qiymətlər bu gün yenidən bir barel üçün 90 dolları keçib (Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə Brent nefti 91,49 dollardan ticarət olunub).
Bloomberg OPEC+ nümayəndə heyətindəki mənbələrə istinadən xəbər verib ki, alyans neft hasilatını gündəlik ya 2 milyon barel, ya da 1 milyondan 1,5 milyon barelə qədər azaltmağı nəzərdən keçirir. Reuters də hasilatın gündəlik 1 milyon bareldən çox azaldılacağını bildirib.OPEC+ ölkələri belə bir qərarla razılaşarsa, bu, alyansın, pandemiya səbəbindən neftə tələbatın azalması və qiymətlərin düşməsi fonunda hasilatı gündəlik 9,7 milyon barel azaltmağa razılaşdığı 2020-ci ilin yazından bəri hasilatın ən əhəmiyyətli ixtisarı olacaq.
2022-ci ilin avqustunda OPEC+ ölkələri ötən ilin avqustundan hasilatın rəvan artması səbəbindən hasilatı pandemiyadan əvvəlki səviyyəyə tam bərpa etməli və alyansın 2020-ci ilin yazında razılaşdığı məhdudiyyətlərdən çıxmalı idi. Lakin son vaxtlar artan qlobal tənəzzül ehtimalları fonunda neft qiymətləri düşüb və bu, hasilatın yenidən daha çox azaldılması çağırışlarına səbəb olub.
Rusiyanın Ukraynaya hücumundan sonra Brent markalı neftin qiyməti 125 dolları keçmiş, lakin artan inflyasiyaya qarşı mərkəzi bankların faiz artırmalarının iqtisadiyyatları böhrana sürükləyəcəyi gözləntiləri neft qiymətlərinin aşağı düşməsinə səbəb olub.
OPEC+ görüşü haqqında
İstehsal parametrləri ənənəvi olaraq iki mərhələdə müzakirə olunacaq. Əvvəlcə sazişdə iştirak edən səkkiz ölkənin nümayəndələrini bir yerə yığacaq OPEC+ monitorinq komitəsinin iclası olacaq. Komitənin işini hasilat baxımından müqavilənin ən böyük tərəfləri olan Rusiya və Səudiyyə Ərəbistanı idarə edir. İclas Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Monitorinq komitəsinin iclasından sonra hasilatın səviyyəsi ilə bağlı qərar Bakı vaxtı ilə saat 16:30-da başlaması planlaşdırılan nazirlərin iclasında bütün 23 OPEC+ ölkəsi tərəfindən təsdiqlənməlidir. Sonda 2021-ci ilin noyabrından bəri ilk dəfə olaraq mətbuat konfransının keçirilməsi planlaşdırılır.
Adətən, OPEC+ ölkələrinin nazirlər toplantısı ərəfəsində alyansın texniki komitəsi neft bazarının inkişafı ssenarilərini qiymətləndirmək üçün öz iclasını keçirir. Texniki komitənin hesabatı nazirlərin monitorinq komitəsinin iclasında vəziyyətin qiymətləndirilməsi üçün əsasdır. Bu dəfə alyansın texniki heyətinin iclası oktyabrın 4-nə təyin edilmişdi, lakin nümayəndə heyətlərindən birindəki mənbənin verdiyi məlumata görə, iclas ləğv edilib. İclasın ləğv edilməsinin səbəbini açıqlamayıb.
Azərbaycanın Energetika naziri də Vyanada səfərdədir
Energetika naziri Pərviz Şahbazov oktyabrın 5-də keçiriləcək “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib.
Qeyd edək ki, Azərbaycan “OPEC plus” razılaşmasının iştirakçısıdır.
OPEC-in öz saytında açıqladığı məlumatlara görə, dünyanın təsdiqlənmiş neft ehtiyatlarının 80,4 faizi OPEC-ə üzv ölkələrdə yerləşir.
2022-ci ilin birinci yarısında dünya üzrə orta hesabla gündəlik 99 milyon barel neft hasil edilib, bu hasilatın təxminən 29 faizi OPEC üzvləri tərəfindən təmin edilib.
2021-ci ildə neft tələbi gündəlik 96,9 milyon barel olduğu halda, tələb-təklif balansında gündəlik 1,6 milyon barel kəsir yaranıb. Digər tərəfdən, 2022-ci il üçün orta neft tələbi gündəlik 100 milyon barel olaraq hesablanarkən, ilin ikinci rübündə tələb-təklif balansının kəsiri gündəlik 180 min barrelə qədər azalıb.
Neftə tələbatın 35 faizini Dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çinin payına düşür.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 10 saat sonra
-
1 gün əvvəl
“Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçında ağacəkmə aksiyası keçirilib
-
1 gün əvvəl
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
1 gün əvvəl
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
Noyabrın 9-da gözlənilən hava şəraiti
Bakıda Zəfər muzeyinin açılışı olub
Ən çox oxunanlar
Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi
Azərbaycan Zəfər Gününü qeyd edir
Bank Naxçıvanda yeni konsepsiya ilə filial açıb
Mercedes-Benz EQS — səssiz və güclü performans
MÜSİAD strateji sahələrdə mövcud güzəştlərin tədricən dayandırılmasının, istehsal üçün ƏDV və enerji tariflərində davam etdirilməsinin tərəfdarıdır
“McDonald's Azərbaycan” və DSMF şəhid övladlarının iştirakı ilə teatr tamaşası təşki edib - FOTO
Hərbçilərə özəl Zəfər kampaniyası!

















.jpg)



