Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Turanbank” audit olunmuş hesabatlarını açıqladı - BANKDA VƏZİYYƏT NECƏDİR?

“Turanbank”ın auditi aparılıb, maliyyə vəziyyətinə qiymət verilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Turanbank” audit olunmuş hesabatlarını açıqladı - BANKDA VƏZİYYƏT NECƏDİR?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Turanbank” ASC 31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun Hazırlanmış Konsolidə edilmiş Maliyyə Hesabatları və Müstəqil Auditorların Rəyini öz İnternet saytında yerləşdirib.

Reklam_3_11

Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Turanbank” böyüyb, gəlirləri və xalis mənfəəti artıb.

MÜŞTƏIRİLƏƏR VERİLMİŞ KREDİTLƏR ARTIB

Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə “Turanbank”ın cəmi aktivləri 168 milyon 358 min manat və ya 32,5% artaraq 686 milyon 550 min manata çatıb.

Akitvlərdəki artımın xeyli hissəsi müştərilərə verilmiş kreditlərin artmasından qaynaqlanır. 2020-ci illə müqayisədə 2021-ci ildə “Turanbank”ın kredit portfeli 87 milyon 729 min manat və ya 26,9% artaraq 414 milyon 385 min manata yüksəlib.

Ötən il “Turanbank”ın qiymətli kağızlara investisiyaları 2,4 dəfə artaraq 27 milyon 794 min manata, digər banklara verilmiş kreditlər və depozitlər isə 15% artaraq 45 milyon 596 min manata qalxıb.

BANKDA DEPOZİTLƏR ARTIB

2020-ci illə müqayisədə 2021-ci ildə “Turanbank”ın depoziit portfeli (cari hesablar və müştərilərdən cəlb edilmiş vəsaitlər) 138 milyon 687 min manat və ya 49,4% artaraq 419 milyon 384 min manata yüskəlib.

ÖTƏN İL NİZAMNAMƏ KAPİTALI ARTIRILIB

31 Dekabr 2021-ci il tarixində “Turanbank” 80 milyon 5 min manat nizamnamə kapitalına malik olub. Bank 2020-ci ilin sonunda 75 milyon 5 min manat nizamnamə kapitalına malik idi.

XALİS MƏNFƏƏTİ ARTIB

2021-ci ildə “Turanbank”ın cəmi gəlirləri 53 milyon 926 min manat, cəmi xərcləri 49 milyon 49 min manat, xalis mənfəəti 4 milyon 877 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə “Turanbank” cəmi gəlirləri 42 milyon 230 min manat, cəmi xərcləri 39 milyon 833 min manat, xalis mənfəəti 2 milyon 397 min manat təşkil etmişdi.

Ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlir 2020-ci ildə 2 milyon 690 min manat ikən, 2021-ci ildə 4 milyon 335 min manat təşkil edib. Ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlir xaric ötən il “Turanbank”ın xalis mənfəəti 542 min manat təşkil edib.

2020-ci illə müqayisədə 2021-ci ildə “Turanbank”ın faiz gəlirləri 16,2% artaraq 41 milyon 1 min manata, haqq və komissiya gəlirləri 82,4% artaraq 5 milyon 70 min manata yüksəlib. Bankın xarici valyutalarla ticarət üzrə gəlirləri 9 dəfədən çox artaraq 2 milyon 578 min manat təşkil edib.

12 iyun 1992-ci ildən fəaliyyət göstərən “Turanbank” ASC-nin 2021-ci ilin sonunda 15 filialı və iki şöbəsi fəaliyyət göstərib (2020-ci il: 14 filial və 2 şöbə). 31 dekabr 2021-ci il tarixinə Bankın hər birinin səhm payı 10%-dən az olan 28 səhmdarı olmuşdur.

"Turanbank"ın 2021-ci il üzrə maliyyə hesabatlarının auditini "Baker Tilly Azerbaijan" şirkəti apararaq müsbət rəy verib.

Turanbank
02.06.2022 15:37

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18