Polietilen torbalardan imtina edək, sağlamlığımızı və təbiəti qoruyaq!
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə , «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB) tərəfindən həyata keçirilən “Vətəndaşlarda plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişlərinin aşılanması”layihəsinin icrası davam edir.
EMİB-dən verilən məlumatda bildirilib ki, 4 ay müddətində icra olunan layihənin əsas məqsədi vətəndaşlarda plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişlərinin aşılanmasıdır.
Belə ki, araşdırmalarla təsdiq edilib ki, dünya ölkələri üzrə plastik və polietilen tullantıların yalnız 20 faizi təkrar emal olunur. Qalan hissə kortəbii surətdə ətraf mühütə atılır ki, bu da sonradan fauna və floraya çox ciddi zərər vurur. Sübut olunub ki, insan orqanizminə zərərli maddələrin 80 faizi məhz plastik tullantılar vasitəsi ilə daxil olur. Odur ki, bərk məişət tullantılarının düzgün emalı bu gün dünya dövlətlərini narahat edən ən mühüm məsələlərdəndir.Döğrudur, Azərbaycan hökuməti tərəfindən də bu istiqamətdə müəyyən qərarlar qəbul edilib, bəzi tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Ardınca isə Azərbaycan Respublikasının Milli Məclisi “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edərək 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsini qadağan edib. Ötən müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləsə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu sahədə hər hansı ciddi irəliləyişə nail olunmayıb. Bütün ticarət və ictimai iaşə obyektlərində istehlakçılara polietilen torbalar və plastik qablar satılmaqdadır. Baxmayaraq ki, qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri ( inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə olunurlar) nəzərdə tutulur.
Elə «Ekoloq-2010» EMİB də sözügedən layihəni icra etməklə bu sahədəki boşluqları aradan qaldırmaq, vətəndaşları da çox maarifləndirməyi qarşısına məqsəd qoyub.
Bu məqsədlə EMİB tərəfindən hazırlanan və üzərində “Polietilen torbalardan imtina edək, sağlamlığımızı və təbiəti qoruyaq! ” şüarı yazılan parça bazarlıq torbaları paytaxtdakı ən iri supermarketlərdən olan “Grandmart” mağazasında istehlakçılara pulsuz olaraq paylanılıb.
Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.
Paytaxtın ən gür məhəllələrindən olan və “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən “Atles Plaza” yaşayış kompleksindəki supermarketdə istehlakçılarla maarifləndirmə söhbətləri aparılaraq, gələcəkdə alış-veriş zamanı polietilen torbalardan deyil, məhz ekoloji təmiz parça torbalardan istifadə edilməsinin vacibliyi vurğulanıb.
Keçirilən aksiyalar istehlakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Xatırladaq ki, «Ekoloq-2010» EMİB sözügedən layihə çərçivəsində ötən ay paytaxtın nəhəng supermarketlərindən olan “NEPTUN” və “BOLMART” mağazalarında da analoji aksiyalar keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
20 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
37 d. əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
55 d. əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
1 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
1 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Ən çox oxunanlar
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)












