Rusiyalı milyarderlər bu il 32 milyard dollar itiriblər
Ukrayna-Rusiya böhranının kəskinləşməsi fonunda rusiyalı milyarderlərin sərvəti bu il 32 milyard dollar azalıb.
Bu barədə “Bloomberg” nəşri yazıb.
Ekspertlər hesab edirlər ki, Qərblə Rusiya arasında münasibətlərin daha da pisləşməsi daha böyük itkilərə səbəb ola bilər.
Bildirilib ki, rusiyalı milyarderlər sırasında ən çox itki verən iş adamı Gennadi Timçenkodur. 2022-ci ildə 69 yaşlı biznesmenin sərvət üçdəbir azalıb. 1990-cı illərin əvvəllərində Rusiyanın gələcək prezidenti Vladimir Putinlə dost olan sovet zabitinin oğlu Timçenkonun bank hesablarında təxminən 16 milyard dollar var və sərvətinin əsas hissəsi Rusiyanın qaz hasilatı “Novatek” şirkətinin payından əldə olunub.
Bu şirkətin digər səhmdarı Leonid Mixelsonun sərvəti bu il 6,2 milyard dollar azalıb. “Lukoyl”un İdarə Heyətinin sədri Vahid Ələkbərov da xeyli maliyyə itkisi verib. Analitiklər onun eyni dövrdə təxminən 3,5 milyard dollar itirdiyini deyirlər. Enerji şirkətinin səhmləri təxminən 17 % ucuzlaşdığı vurğulanıb.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
KREDİTİ ONLAYN əldə et – 40 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 4 gün sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda turizm sahəsində yeni subsidiya mexanizmləri tətbiq ediləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABDF ilk 6 ayda sahibkarlara 136,5 milyon manat güzəştli kredit verib
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
6 ayda 2242 nəfərə ipoteka krediti verilib
Süni intellekt üçün internet Bakcelldən
Cənubi Koreya və Yaponiya uşaq sayının ən az olduğu ölkələrdir
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
AZAL: İlk 6 ayda 5% artımla 1,9 milyon sərnişinə xidmət göstərmişik




















