“Günay Bank” böyüyüb, gəlirləri və əməliyyat mənfəəti artıb - MALİYYƏ VƏZİYYƏTİ
“Günay Bank” 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Günay Bank” 2021-ci ili təxminən 410 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 408 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il “Günay Bank” böyüyüb, gəlirləri, əməliyyat mənfəəti və məcmu kapitalı artıb.
GƏLİRLƏRİ ARTIB
2021-ci ildə “Günay Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 21 milyon 490 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 15,6% (və ya 2 milyon 901 min manat) çoxdur. 2020-ci ildə “Günay Bank”ın cəmi əməliyyat gəlirləri 18 milyon 589 min manat təşkil etmişdi.
2021-ci ildə “Günay Bank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 18 milyon 962 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 14% (və ya 2 milyon 322 min manat) çoxdur. 2020-ci ildə “Günay Bank”ın cəmi əməliyyat xərcləri 16 milyon 640 min manat təşkil etmişdi.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Ötən il “Günay Bank”ın cəmi əməliyyat gəlirləri cəmi əməliyyat xərclərini üstələdiyindən Bankın 2 milyon 528 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətindən 2 milyon 118 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ili 410 min manat xalis mənfəət ilə bağlayıb.
Xatırladaq ki, 2020-ci ildə “Günay Bank”ın əməliyyat mənfəəti 1 milyon 948 min manat təşkil etmiş və mümkün zərərlər üçün yaradılan ehtiyatlara 1 milyon 540 min manat ayrıldığından ili 408 min manat xalis mənfəət ilə başa vurmuşdu.
“Günay Bank”ın 2021-ci ildə faiz gəlirləri 2020-ci illə müqayisədə 7,5% artaraq 13 milyon 906 min manata, qeyri-faiz gəlirləri isə 34,2% artaraq 7 milyon 584 min manata yüksəlib.
BANK BÖYÜYÜB
“Günay Bank”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 4,7% və ya 11 milyon 426 min manat artaraq 256 milyon 469 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 245 milyon 43 min manat cəmi aktivlərə malik idi.
“Günay Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 4,5% və ya 8 milyon 910 min manat artaraq 199 milyon 775 min manata yüksəlib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 190 milyon 865 min manata çatmışdı. Bankın ipoteka kreditləri portfeli 14.7% və ya 9 milyon 164 min manat artaraq 71 milyon 601 min manata, istehlak kreditləri portfeli isə 15,1% artaraq 2 milyon 533 min manata yüksəlib. Biznes kreditləri portfeli isə cüzi – 0,5% azlaraq 125 milyon 640 min manata geriləyib.
“Günay Bank”ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 1% və ya 928 min manat azalaraq 93 milyon 560 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 94 milyon 489 min manat cəmi depozitlərə malik idi.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2021-ci il tarixində“Günay Bank” 65 milyon 374 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 64 milyon 847 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 saat əvvəl
-
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 19 saat əvvəl
-
20 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
20 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
20 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
21 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
21 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
21 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)
.jpg)








.jpg)




