Xalq Bank Visa tərəfindən mükafata layiq görüldü
(®) ASC “Xalq” Bankı Visa International beynəlxalq ödəniş sistemi tərəfindən 2021-ci ildə premium kartların emissiyasında göstərdiyi artıma görə “Premium portfelin artımı üzrə” (“Strength of premium portfolio”) mükafatı ilə təltif edilmişdir.
Xalq Bankın təqdim etdiyi Visa Platinum və Visa Infinite kartları vasitəsilə müştərilər dünyanın istənilən nöqtəsində müxtəlif premium xidmətlərdən faydalana bilər:
- 24/7 Visa Qlobal Dəstək (Visa Global Customer Assistance) servisi;
- Beynəlxalq hava limanlarında yerləşən 1000-dən artıq VİP-zaldan sərbəst istifadə hüququ verən Lounge Key proqramı (Visa Platinum - ildə 2 dəfə və Visa Infinite - ildə 6 dəfə);
- Beynəlxalq səyahət sığortası;
- 24/7 dünyanın istənilən ölkəsində peşəkar məlumat dəstəyi və sifarişlərin yerinə yetirilməsi üzrə özəl xidmətlər üçün pulsuz Visa Concierge xidməti;
- Beynəlxalq hava limanlarında sürətli keçidi təmin edən Fast Track xidməti;
- pulsuz COVİD-19 testindən yararlanma imkanı (Visa Platinum - ildə 2 dəfə və Visa Infinite - ildə 10 dəfə).
Məlumat üçün bildirək ki, Xalq Bank Visa ödəniş sistemi ilə 2009-cu ildən əməkdaşlıq edir. Hazırda Bank müştərilərinə Visa Classic, Visa Gold, Visa Business, Visa Platinum və Visa Infinite kartlarını təqdim edir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı rəsmi Facebook, Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
13 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
13 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
13 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub






















