"Kapital Bank" daha da böyüyüb - 180 MİLYON MANATA YAXIN XALİS MƏNFƏƏT
"Kapital Bank" ASC 2021-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Kapital Bank" 2021-ci ili 179 milyon 963 manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 302 milyon 698 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Kapital Bank"ın xalis mənfəəti 2021-ci ildə 2020-ci illə müqayisədə 40,5% və ya 122 milyon 735 min manat azalıb. Bunun səbəbi ötən il gəlirlərdən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara böyük məbləğdə vəsaitin ayrılmasıdır.
"Kapital Bank" faiz gəlirləri 2020-ci illə müqayisədə 2021-ci ildə 7,7% və ya 33 milyon 997 min manat artaraq 474 milyon 180 min manat, qeyri-faiz gəlirləri isə 39% və ya 84 milyon 397 min manat artaraq 300 milyon 837 min manat təşkil edib.
"Kapital Bank" faiz xərcləri 2020-ci illə müqayisədə 2021-ci ildə 35,3% və ya 17 milyon 948 min manat artaraq 68 milyon 748 min manat, qeyri-faiz xərcləri isə 26,1% və ya 69 milyon 841 min manat artaraq 337 milyon 375 min manat təşkil edib.
2021-ci ildə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 775 milyon 17 min manat, cəmi əməliyyat xərcləri 406 milyon 123 min manat, əməliyyat mənfəəti 368 milyon 894 min manat təşkil edib. 2020-ci ildə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 656 milyon 623 min manat, cəmi əməliyyat xərcləri 318 milyon 334 min manat, əməliyyat mənfəəti 338 milyon 289 min manat təşkil etmişdi.
Ötən il cəmi əməliyyat gəlirləri 118 milyon 394 min manat, cəmi əməliyyat xərcləri isə 87 milyon 789 min manat artıb. Əməliyyat gəlirləri əməliyyat xərclərindən daha çox artdığından Bankın əməliyyat mənfəəti 30 milyon 605 min manat yüksək olub.
Ötən il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 137 milyon 518 min manat ayrıldığı üçün "Kapital Bank"ın xalis mənfəəti düşüb. 2020-ci ildə ehtiyatdan azad olmuş 25 milyon 546 min manat Bankın gəlirlərinə əlavə edilmişdi.
"Kapital Bank"ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 28,3% və ya 1 milyard 482 milyon 51 min manat artaraq 6 milyard 709 milyon 523 min manata çatıb. Bank 2020-ci ilin sonunda 5 milyard 227 milyon 472 min manat cəmi aktivlərə malik idi.
"Kapital Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 21,9% və ya 476 milyon 609 min manat artaraq ötən ilin sonunda 2 milyard 652 milyon 560 min manat təşkil edib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 2 milyard 175 milyon 951 min manata çatmışdı. O cümlədən, 2020-ci illə müqayisədə 2021-ci ildə istehlak kreditləri 236 milyon 539 min manat artaraq 1 milyard 602 milyon 384 min manata, biznes kreditləri 177 milyon 130 min manat artaraq 759 milyon 207 min manata, ipoteka kreditləri isə 62 milyon 941 min manat artaraq 290 milyon 970 min manata çatıb.
Ötən il Kapital Bankın ticarət və investisiya qiymətli kağızlara sərmayəsini 313 milyon 919 min manat artıraraq 1 milyard 113 milyon 589 min manata çatdırıb.
"Kapital Bank"ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 36,4% və ya 1 milyard 386 milyon 800 min manat artaraq 5 milyard 192 milyon 419 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 3 milyard 805 milyon 619 min manat cəmi depozitlərə malik idi. O cümlədən fiziki şəxslərin depoitləri 97 milyon 152 min manat artaraq 1 milyard 164 milyon 558 min manata, hüquqi şəxslərin depozitləri isə 1 milyard 289 milyon 648 min manata artaraq 4 milyard 27 milyon 861 min manata çatıb.
"Kapital Bank" 31 dekabr 2021-ci il tarixində 659 milyon 937 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 536 milyon 800 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“Azercell Telekom” qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir - 30 000 MANAT AYRILIB
Azərbaycanın “Olivea” zeytun yağı Rusiya Keyfiyyət Sisteminin testlərində lider markalar sırasında yer aldı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 saat sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
-
5 saat əvvəl
ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibank 0 % komissiyalı və 2 % endirimli kredit kampaniyası keçirir
-
5 saat əvvəl
Azərbaycanın spirtli və spirtsiz içkilər istehsalçısı maliyyə vəziyyətini açıqladı
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qlobal bank qızılın unsiyasının qiymətinin 5000 dollara çatacağı barədə proqnozunu qoruyub saxlayır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Bakı Fond Birjasının ticarət dövriyyəsinin həcmi azalıb
ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!
Unibank 0 % komissiyalı və 2 % endirimli kredit kampaniyası keçirir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qlobal bank qızılın unsiyasının qiymətinin 5000 dollara çatacağı barədə proqnozunu qoruyub saxlayır
Çin İrandan neft alışını sürətləndirir
Azərbaycana Avropadan turist axını 6 % artıb
Azərbaycan Qars və İğdırda ticarət evləri aça bilər
MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanıldı
"Bu paket Naxçıvanda iş adamları üçün əlavə üstünlüklər yaradacaq"














.jpg)


.jpg)





