Ericsson-dan 6,2 milyard dollarlıq satınalma
Ericsson Vonage-i satın alır. Müqavilənin dəyəri 6,2 milyard dollardırİsveçin telekommunikasiya konserni "Ericsson" Amerikanın bulud xidmətləri şirkəti "Vonage Communication Platform"u (VCP) alır.
Marja şirkətin bazar ertəsi yaydığı press-relizə istinadən xəbər verir ki, sövdələşmənin dəyəri 6,2 milyard dollardır.
Müqavilənin məqsədi açıq innovasiyalar üçün qlobal şəbəkə və kommunikasiya platforması yaratmaqdır.
"Strategiyamızın mahiyyəti texnoloji liderliyə əsaslanan aparıcı mobil şəbəkələrin qurulmasıdır. Bu, bizim korporativ bazarda iştirakımızı artırmaq üçün şərait yaradır. Vonage-in alınması bu strateji prioritetin həyata keçirilməsində növbəti addımdır", - Ericsson-un baş direktoru Börje Ekholm bildirib.
"Vonage" 120 mindən çox müştəriyə xidmət göstərir və bütün dünyada bir milyondan çox qeydiyyatdan keçmiş tərtibatçıya malikdir.
Planlaşdırılan sövdələşmə Vonage səhmdarları və maliyyə orqanları tərəfindən təsdiqlənməlidir və 2022-ci ilin birinci yarısında tamamlanacağı gözlənilir.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
15 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
16 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
17 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti





















