“Günay Bank”ın xalis mənfəəti 1,6 dəfə artıb
Azərbaycanın qocaman banklarından biri olan “Günay Bank” ASC-nin xalis mənfəəti 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə artaraq 399 min manat təşkil edib. Bankın xalis mənfəəti 2020-ci ilin 9 ayında 247 min manat təşkil etmişdi. Xalis mənfəətin artması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata aylrmanın azalması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr dövründə “Günay Bank” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 16 milyon 269 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 14 milyon 122 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 2 milyon 147 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətindən 1 milyon 748 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırdığından cari ilin 9 ayını 399 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-sentyabr dövründə “Günay Bank” ASC-nin cəmi əməliyyat gəlirləri 14 milyon 662 min manat, cəmi əməliyyat xərcləri 12 milyon 331 min manat, əməliyyat mənfəəti 2 milyon 330 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 2 milyon 83 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırdığında həmin dövrü 247 min manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə “Günay Bank”ın cəmi əməliyyat gəlirləri 1 milyon 607 min manat və ya 11%, cəmi əməliyyat xərcləri isə 1 milyon 791 min manat və ya 13,4% artıb.
BANK BÖYÜYÜB
2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə “Günay Bank”ın cəmi aktivləri 11 milyon 155 min manat artaraq 256 milyon 198 min manata yüksəlib. Bank ötən ilin sonunda 245 milyon 43 min manat cəmi aktivlərə malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə “Günay Bank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 8 milyon 390 min manat artaraq 199 milyon 255 min manata çatıb. Bank ötən ilin sonunda 190 milyon 865 min manat kredit portfelinə malik idi. O cümlədən, biznes kreditləri 2 milyon 337 min manat artaraq 128 milyon 564 min manata, ipoteka kreditləri 5 milyon 765 min maant artaraq 68 milyon 203 min manata, istehlak kreditləri 287 min manat artaraq 2 milyon 488 min manata qalxıb.
DEPOZİT PORTFELİ 100 MİLYON MANATI KEÇİB
2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə “Günay Bank”da depozitlər 8 milyon 531 min manat artaraq 103 milyon 19 min manata yüksəlib. Bank ötən ilin sonunda 94 milyon 488 min manat depozit portfelinə malik idi. O cümlədən, fiziki şəxslərin depozitləri 11 milyon 782 min manat artaraq 80 milyon 670 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri 3 milyon 250 min manat azalaraq 22 milyon 350 min manata geriləyib.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2021-ci il tarixində “Günay Bank” 65 milyon 311 min manat məcmu kapitala malik olub. Ötən ilin sonunda Bankın məcmu kapitalı64 milyon 847 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
2 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
2 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
2 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”

















