"Qazprom"un qaz ixracından əldə etdiyi gəlirlər 2 dəfə artıb
Avropada qaz qiymətlərinin kəskin artdığı bir dövrdə, 2021-ci ilin yanvar-avqust aylarında Rusiyanın "Gazprom" şirkətinin (Qazprom) qaz ixracından əldə etdiyi gəlirlər də keçən ilin eyni dövrü ilə müqayisədə 95,1% (təxminən 2 dəfə) artaraq 28,4 milyard dollar təşkil edib.
Bu barədə "Marja" Rusiya Federal Gömrük Xidmətinə istinadən xəbər verir.
Hesabat dövründə qaz ixracının fiziki həcmi 12% artaraq 140,6 milyard kubmetrə çatıb.
2021-ci ilin avqust ayında "Qazprom" ixracı iyul ayı ilə müqayisədə 18% artıraraq 16,8 milyard kubmetrə, məbləğ ifadəsində isə 36.3% artaraq 4.74 milyard dollara çatıb.
Federal Gömrük Xidmətinin məlumatlarına görə, 2021-ci ilin avqustunda qaz tədarükünün orta ixrac dəyəri 1000 kubmetr üçün 282,4 dollara yüksəlib.
Daha əvvəl "Qazprom", 2021-ci ildə orta qaz ixracı qiymətinə dair proqnozunu min kubmetr üçün 269,6 dollardan 295-330 dollara qaldırdığını bildirilmişdi. "Qazprom"un 2021-ci ildə Avropaya ixracının 183 milyard kubmetri keçəcəyi gözlənilir. Bu, 2020-ci ilə nisbətən daha çoxdur.
Analitiklər, şirkətin təbii qaz ixracından mənfəət əldə edə bilməsi üçün min kub metr təbii qaz qiymətinin 90-100 dolların üzərində olması lazım olduğunu qeyd edirlər.
Dünyanın ən böyük təbii qaz istehsalçılarından biri olan "Qazprom", Rusiya qanunlarına görə, boru xəttləriylə təbii qaz ixrac etmək səlahiyyətinə malik yeganə şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 15 saat sonra
- 5 d. əvvəl
- 7 d. əvvəl
- 16 d. əvvəl
- 34 d. əvvəl
-
53 d. əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
























