Azərbaycan hökumətilə müqavilə bağlamış ərəb şirkətinin səhmləri ilk əməliyyatda 30% bahalaşdı
Səudiyyə Ərəbistanının dövlət şirkəti "ACWA Power International"ın səhmlərinin bir hissəsi birjada satılıb. Marja xəbər verir ki, ilkin kütləvi təklifin (İPO) ardından ilk əməliyyat günündə səhmlər kəskin bahalaşıb.
"ACWA Power International"ın ilk kütləvi təklifinə 300 milyard dollardan çox tələb olmuşdu.
Şirkətin səhmləri, yerli saat ilə 10:11-də 30% bahalaşaraq 72,80 riyala çatıb. İlk kütləvi satışda"ACWA Power"in səhmlərinin 11%-i ticarətə buraxılıb. Bir səhm 56 riyala satılıb və bunun nəticəsində 1,2 milyard dollar əldə edilib.
Səudiyyə Ərəbistanı şirkətlərinin səhmləri bu il güclü artımlar göstəriblər və Riyad Birjası 33% yüksəlib. Səudiyyə Ərəbistanı iqtisadiyyatı və bazarları neft qiymətlərinin 60%-dən çox artmasından dəstək alır.
Son illərdə Riyad Birjası İPO üzrə Orta Şərqin ən güclü bazarı olmaqdadır. Sentyabr ayında, "Saudi Telecom Co"nın internet xidmətləri bölməsi də, ilk səhm satışında 126 milyard dollarlıq sifariş almasının ardından ilk əməliyyat günündə kəskin yüksəliş reallaşdırmışdı.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti Azərbaycanda bərpaolunan enerji üzrə pilot layihə reallaşdıracaq. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 15 saat sonra
- 6 d. əvvəl
- 8 d. əvvəl
- 17 d. əvvəl
- 35 d. əvvəl
-
54 d. əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

























