Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Artan pambıq qiymətləri geyimlərin bahalaşmasına səbəb olacaq - 6 AY....

Mütəxəssislər bildirirlər ki, artan pambıq qiymətlərinin istehlakçıya (alıcılara) əks olunması 6 aylıq bir müddətdə baş verir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Artan pambıq qiymətləri geyimlərin bahalaşmasına səbəb olacaq - 6 AY....

Pambıq bahalaşmaqda davam edir. Marja.az xəbər verir ki, bu vəziyyət bir çox hazır geyim şirkətinin strategiyalarına və qiymətlərinə yenidən baxmalarına səbəb olur.

Marja xəbər verir ki, qlobal pambıq qiymətləri 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qiymətlər 2021-ci ilin əvvəlindən bu yana 40%-dən çox artıb.

Reklam_3_11

Nyu Yorkda Nyu Yorkda ən aktiv əməliyyat olunan kontraktın qiyməti 3% artaraq poundu (0.453 kq) 1,1495 dollara qədər qalxıb. 

Qiymətlər son 12 ayda isə təxminən 70% yüksəlib və bu vəziyyət, qlobal geyim istehsalçılarının xərclərini artırır. Qiymətlərin artmasına əlverişsiz iqlim şərtləri, artan fraxt qiymətləri, azalan ehtiyatlar, ABŞ, Çin və Hindistanda istehsalın azalacağı proqnozları və artan tələb təsir göstərir.

Xüsusilə, Çinin pambığa tələbi güclü artıb. 

Türkiyədə isə qiymətlər keçən həftə Şanlıurfada kilo başına 24 Türk Lirəsinə, İzmirdə isə 22 Türk Lirəsinə qədər yüksəlib. 

Pambıq qiymətlərində kəskin yüksəliş daha əvvəl 2009-2011 dövründə də baş vermişdi. 2 illik müddət ərzində pambıq qiymətləri 0,42 dollardan 2 dollara qədər yüksəllmiş, sonra 0,70 dollar səviyyələrinə geriləmişdi.

Türkiyənin geiym şirkəti "Kiğılı"nın direktoru Hilal Suerdem deyib:

"Mövcud quraq dövr pambıq qiymətlərinin artmasına səbəb olur. Mövcud qiymət artımlarından sonra qiymətlərin düşəcəyini düşünmürəm. Tədbir olaraq anbarlarımızda ehtiyatı artırsaq belə 1 il sonra bu xərclər ilə qarşı-qarşıya qalacağıq. Xərc məsələsində həm Dolların bahalaşması, həm də xammal qiymətləri sektoru sıxışdırır. Artan xərclər qarşısında qiymət artımını etsək satışa mənfi təsir edir.Buna görə biz də xaric bazarda e-ticarət çalışması edirik.

Bir sıra geyim istehsalçıları pambığın bahalaşmasını qlobal təchizaq problemləri ilə əlaqələndiri və yüksək qiymətlərin müvəqqəti olduğunu düşünür.

İstanbul Tekstil və Xammalları İxracatçıları Birliyinin sədri Ahmet Öksüz bildirib:

"Türkiyənin istehsal etdiyi pambıq bizə çatmır, əhəmiyyətli bir idxalatçıyıq. 2021-ci ilin sonuna qədər 2 milyard dollara yaxın pambıq idxalının olmasını gözləyirik. Şirkətlərimiz rəqabət mühitində çətinlik çəkirlər. Bu yüksək qiymətlər gəlirlərə və mənfəətə mənfi təsir edir". 

Mütəxəssislər bildirirlər ki, artan pambıq qiymətlərinin istehlakçıya (alıcılara) əks olunması 6 aylıq bir müddətdə baş verir. 

pambıq geyimlər qiymətlər
08.10.2021 14:14
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar