Avropanın qaz bazarını manipulyasiya etdiyi üçün Rusiyaya sanksiya tətbiq edilməsi təklif olunur
İlin əvvəlindən etibarən qiymətlərin 840% artdığı Avropa qaz bazarındakı vəziyyət Rusiyanın və unun "Qazprom" şirkətinin manipulyasiyasının nəticəsidir və bu, "Şimal Axını 2"nin erkən təsdiqlənməsinə xidmət edir.
Marja xəbər verir ki, Cümə axşamı günü Co Bayden hökumətinə Rusiyaya qarşı sanksiya tətbiq edilməsi təklifi ilə Nümayəndələr Palatasının beynəlxalq komitəsinin üzvü, respublikaçı Michael McCall müraciət edib.
"Prezident Bayden və Almaniya kansleri Angela Merkel, Rusiyanın enerjidən "silah" olaraq istifadə etməyə çalışacağı təqdirdə tədbir görəcəyinə söz veriblər. İndi hər ikisi də Putin rejiminin Avropaya təzyiq göstərmək və "Şimal Axını 2"nin sertifikatlaşdırılmasını sürətləndirmək cəhdlərini, Avropanın qaz bazarını manipulyasiya etmək və qitədə ciddi bir enerji böhranı yaratmaq cəhdləri olduğunu iddia etmirlər", -deyə McCall bildirib.
"Bayden administrasiyası "Şimal Axını 2"yə qarşı kritik sanksiyaların istisnalarını dərhal ləğv etmədikcə və boru kəmərini dayandırmadıqda, Rusiya prezidentinə Ukraynaya və digər avropalı tərəfdaşlara qarşı pis niyyətli hərəkətlər üçün daha bir "silah "təqdim edəcək", - Konqresin Beynəlxalq Əlaqələr Komitəsinin internet saytında yerləşdirilən məlumatda deyilir.
Xatırladırıq ki, Fransa və İspaniya da daxil olmaqla, beş Avropa Birliyi ölkəsi elektrik enerjisinin qiymətinin kəskin artmasına səbəb olan qazın qiymətindəki anormal sıçrayışla əlaqədar araşdırma aparmağa çağırıb. Onlar "qaz ixrac edən ölkələrdən asılılığı ən qısa zamanda azaltmağı" və "enerji təchizatının şaxələndirilməsinə investisiya qoymağı" təklif ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 15 saat sonra
- 28 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Ən çox oxunanlar
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























