Samsung 3 ilin ən yaxşı mənfəətinə çıxıb
Satışlar 61 milyard dolları keçib...Cənubi Koreya nəhəngi, smartfon istehsalına görə dünya lideri Samsung bu gün cari ilin 3-cü rübünün ilkin nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin rüb ərzində toplam satışları ötən illə müqayisədə 9% artıb və 72 trilyon Vona (61,17 milyard dollara çatıb).
Samsung gəlirlərin sahələr üzrə bölgüsünü, xüsusən əsas seqmentlərdən olan smartfon və çip istehsalının payını açıqlamasa da, mənfəətin ötən ilə nisbətən 28% artdığını bildirib. 15,8 trilyon Von (13,26 milyard dollar) mənfəət 2018-ci ildən bəri ən yaxşı rüblük nəticədir. Həmin dövrdə Samsung-un 3-cü rüb üzrə mənfəəti 17,5 trilyon Von təşkil etmişdi.
Samsung da digər iri istehsalçılar kimi yarımkeçirici çiplərin çatışmazlığına görə bir sıra məhsullarının, xüsusən smartfon və məişət əşyalarının istehsalında məcburi azaltmalara gedib. 3-cü rübün tam nəticələri bu ayın sonunda rəsmi açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 15 saat sonra
- 26 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Ən çox oxunanlar
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















