ABŞ senatorları ölkənin Borc Alma Limitini 480 milyard dollar artırmağa səs verdilər
ABŞ Konqresinin Senatı, cümə axşamı günü, ölkənin xəzinə hesablaşmalarına görə, xərcləri dekabrın 3-dək qarşılayacaq 480 milyard dollarlıq borc limitini artırmağa səs verib.
Marja xəbər verir ki, Amerika qanunverici orqanının yuxarı palatasının səsverməsi veb saytında yayımlanıb.
Senatda Demokratlar çoxluğunun lideri Chuck Schumer daha əvvəl demişdi ki, Senatdakı Demokratlar və Respublikaçılar "milli borc tavanının dekabrın əvvəlinə qədər artırılması üçün razılığa gəliblər".
Bu razılaşma milli borc limitinin təxminən 28,9 trilyon dollara qədər artmasına səbəb olacaq.
ABŞ-ın Maliyyə naziri Janet Yellen daha əvvəl ABŞ qanunverici orqanına yazdığı məktubunda, Konqresin dövlət borcu tavanını qaldırmadığı təqdirdə, xəzinənin resurslarının 18 oktyabrdan dərhal sonra tamamilə tükənəcəyini bildirmişdi. O, millət vəkillərini ən qısa zamanda tədbir görməyə çağırmışdı.
Qeyd olunur ki, ABŞ Prezidenti Co Bayden Konqresin Nümayəndələr Palatasının təsdiqindən sonra bu təşəbbüsü imzalayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 15 saat sonra
- 27 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Ən çox oxunanlar
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















