“PASHA Bank Cup III” proqramçılar yarışmasının nəticələri elan olunub
(®️) Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank proqramçılar üçün keçirilən "PASHA Bank Cup III" müsabiqəsi başa çatıb.
Oktyabrın 6-da baş tutan yarışmanın son mərhələsində 63 finalçı iştirak etmişdir. Müxtəlif yaş kateqoriyalarını təmsil edən İT mütəxəssisləri və uyğun sahədə təhsil alan tələbələr və şagirdləri proqramlaşdırma üzrə mürəkkəb suallardan ibarət və fərqli çətinlik dərəcəsinə malik tapşırıqların həllində yarışdılar.
«PASHA Bank Cup III» yarışmasının hər kateqoriya üzrə qalibləri elan olunub:
Kateqoriya: peşəkarlar | Nəticə (%) | Mükafat |
1. Rəhim Məmmədli | 100 | Apple iPad |
2. Rəşad Məmmədov | 100 | Apple AirPods |
3. Anar Verdiyev | 94.73 | PocketBook e-reader |
Kateqoriya: tələbələr | Nəticə (%) | Mükafat |
1. İbrahim Tağızadə | 100 | Apple iPad |
2. Xəlil Əsədzadə | 100 | Apple AirPods |
3. Ziya Muxtarov | 100 | PocketBook e-reader |
Kateqoriya: şagirdlər | Nəticə (%) | Mükafat |
1. Əziz Hüseynov | 100 | Apple iPad |
2. Səid Nəsibov | 100 | Apple AirPods |
3. Amin Cəlilov | 100 | PocketBook e-reader |
Tədbirdə çıxış edən PAŞA Bankın Baş texnologiya direktoru Vusal Xəlilovun sözlərinə görə, artıq ənənəyə çevrilmiş və hər il yerli proqramçıların arasında böyük marağa səbəb olan «PASHA Bank Cup» növbəti müsabiqəsi uğurla həyata keçirilib.
“Dünya üzrə İT seqmentində ən son trendləri araşdıran və onları yerli bazarda tətbiq edən “PAŞA Bank”, Azərbaycanda proqramlaşdırma sahəsinin daha da inkişaf etdirilməsini, bu sahədə çalışan mütəxəssislərin, təhsil alan tələbələrin və şagirdlərin daha dərin biliklərə və peşəkar bacarıqlara yiyələnməsini hədəfləyir. PAŞA Bank ən yaxşı işəgötürən təşkilatları sırasında öz aparıcı mövqeyini daha da gücləndirərək, informasiya texnologiyalari istiqaməti üzrə çoxsaylı müsabiqələri, o cümlədən, bizim ən tanınmış layihəmizdən biri - “PASHA Bank Cup” kimi yarışmaları müntəzəm olaraq keçirmək niyyətindədir. Fürsətdən istifadə edərək, mən bu ilki müsabiqənin qaliblərini təbrik edir, iştirakçılara və yarışa qatılmaq istəyənlərə isə kompyuter mühəndisliyində ən vacib olan fundamental bilikləri inkişaf elətdirmək üçün növbəti il keçiriləcək 4-cü Paşa Bank kubokuna qatilmalağa çağırır, onlara uğurlar arzu edirəm”, -deyə, V. Xəlilov vurğulayıb.
Qeyd edək ki, «PASHA Bank Cup» bu günə qədər artıq 3 dəfə keçirilmiş və yüksək rəqabətli layihəyə 1 200 nəfərə yaxın iştirakçı qatılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 14 saat sonra
- 39 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Ən çox oxunanlar
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















