Əlilliyi olan şəxslər üçün nəzərdə tutulan “PAŞA Bank ilə başla” layihəsinin ilk təlimləri başlayıb
Ölkənin qabaqcıl korporativ bankı “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində əlilliyi olan şəxslər üçün həyata keçirdiyi “PAŞA Bank ilə başla” layihəsinin ilk təlimlərinə start verilib.
Təlimlərin iştirakçılarının peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, o cümlədən cəmiyyətə inteqrasiyasına dəstək verməyi hədəfləyən layihənin ilkin mərhələsi “Ünsiyyət bacarıqları”, “Vaxtın idarə edilməsi”, “Motivasiya”, “Stresin idarə edilməsi”, “Komanda işi” kimi bacarıqları əhatə edir. Noyabr ayından etibarən isə iştirakçılar seçdikləri 5 ixtisasdan biri - “Qrafik dizayn”, “Rəqəmsal marketinq”, “SQL proqramlaşdırma”, “Helpdesk” və “Call center” üzrə biliklərə yiyələnəcəklər.
Qeyd edək ki, “PAŞA Bank ilə başla” layihəsinin təşkilati dəstəkçisi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universiteti çıxış edirlər. Layihənin ilkin mərhələsində müraciətlərin qəbulu, müvafiq namizədlərin seçilməsi keçirilib. 300-ə yaxın namizəd arasından təlimlərə qatılan 100 nəfər iştirakçı seçilib. Layihənin sonuncu mərhələsində iştirakçıların işlə təmin olunması üçün dəstək göstəriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 14 saat sonra
- 37 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Ən çox oxunanlar
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























