LC Waikiki-nin rəhbərindən "geyimlər bahalaşa bilər" xəbərdarlığı
LC Waikiki şirkətinin İdarə heyətinin sədri Vahap Küçük, pambıq qiymətlərindəki artımın davam etməsi vəziyyətində geyimlərin daha da bahalaşacağını deyib.
Marja xəbər verir ki, Bloomberg-ə xüsusi müsahibə verən Vahap Küçük hazır geyim sektorundakı qiymət proseslərini qiymətləndirib.
Küçük, dollar ilə pambıq qiymətlərində təxminən 80% artım olduğunu, bu vəziyyətin də geyim inflyasiyasını artıracağını söyləyib. O, pambıq qiymətlərindəki artımın davam etməyəcəyinə ümid etdiklərini də əlavə edib.
Küçük, "Pambıq qiymətlərində gözlənilməz bir artım oldu. Keçən il 65 sent olan pambıq, bu il 1,05 dollara çatıb. Təxminən 80% artım var. Belə gedərsə bu vəziyyət geyim inflyasiyasını sürətləndirəcək", -deyib.
Pambıqda 2011-ci ildə də belə bir vəziyyət olduğunu, lakin qiymətlərin sonradan təkrar gerilədiyini xatırladan Küçük, "Ona görə müvəqqəti bir vəziyyətdir. Tövsiyəm, sifariş miqdarı qədər pambıq alınması lazımdır, alıb anbarlara yığmaq məntiqli deyil", - bildirib.
Küçük, hazır geyimlər və ayaqqabılardakı qiymət artımının digər xərclərdəki artımdan da qaynaqlandığını bildirib. Onun sözlərinə görə, əgər daha 2-3 ay belə gedərsə yay mövsümündə qiymətlərin 10-15% daha yüksək olması ehtimalı yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 14 saat sonra
-
13 d. əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 20 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















