Pepsi bahalaşmanın anonsunu verdi
Pepsi: gələn ildən qiymət artımı qaçılmazdırGəlirlər artıb, mənfəət azalıb..
Dünyanın ikinci ən iri qlobal qida və içki biznesi PepsiCo bugün 2021-ci ilin üçüncü rübünün nəticələrinin açıqlayıb.
Marja xəbər verir ki, şirkət əsas diqqəti gəlirlərin artması fonunda xərclərin də yüksəlməsinə çəkib.
Hesabata görə, 3-cü rübdə Pepsi-nin gəlirləri əvvəlki rüblə müqayisədə 11,6%, illik ifadədə isə 13,2% artaraq, 20,19 milyard dollara çatıb.
Gəlirlərin böyük hissəsi (6,40 milyard dollar) içkilər bölməsinin və çips və digər çərəzlərin (Lays, Doritos və Cheetos, 4,65 milyard) payına düşüb. Xalis mənfəət isə 3%-ə yaxın azalaraq, 2,22 milyard dollar təşkil edib. Şirkət əsas səbəb kimi bir sıra xammal və materialların qiymətinin, eləcə də çatdırılma xərclərinin artmasını göstərib.
“İstehsal xərclərinin artması danılmaz fakt olduğundan, biz növbəti ilin əvvəlindən qiymətlərdə müəyyən artımın olacağını gözləyirik.” - baş maliyyə direktoru Hugh Conson bununla da bahalaşmanın anonsunu verib.
Əksər iri qida və içki şirkətləri kimi, Pepsi də lazım olan əmtəə və materialları aylar öncə satın alır. Lakin pandemiyada pozulan təchizat zənciri bu tədbirin də effektini müvəqqəti edir və nəticədə son istehlak mallarının bahalaşmasına gətirib çıxarır.
PepsiCo şirkətinin Maliyyə direktoru Hugh Johnston
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 15 saat sonra
- 17 d. əvvəl
- 28 d. əvvəl
- 30 d. əvvəl
- 39 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Ən çox oxunanlar
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















