Məşhur bank neft qiyməti proqnozunu artırdı - 90 DOLLAR
"Goldman Sachs" Brent nefti üçün 2021-ci il sonu proqnozunu yüksəltdi.Qlobal investisiya bankı "Goldman Sachs", İda qasırğasının OPEC+un iyul ayından bu yana artırdığı istehsal həcmini kompensasiya edəcək şəkildə istehsalı axsatması və OPEC+a daxil olmayan ölkələrdə neft istehsalının azalması ilə əlaqədar olaraq neft qiymətləri proqnozunu yüksəldib.
Marja xəbər verir ki, neft bazarında kəsirin gözləniləndən daha böyük olduğunu qeyd edən "Goldman Sachs", koronavirusun Delta variantına baxmayaraq qlobal neft tələbinin sürətlə bərpa olunmağa davam etməsinin qiymətləri dəstəklədiyini vurğulayıb.
Qışda neftə tələbin daha artacağını qeyd edən "Goldman Sachs", 2021-ci ilin sonu üçün Brent neftin qiyməti proqnozunu 80 dollar/barel səviyyəsindən 90 dollar/barelə qaldırıb.
2023-cü il üçün neft qiyməti proqnozunu da artıran "Goldman Sachs", 65 dollar/barel olan təxminini 85 dollar/barelə yüksəldib.
Qeyd edək ki, hazırda Brent nefti 79 dollardan yüksək qiymətlərə ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 12 saat sonra
-
2 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır


















