Ukraynanın baş naziri Rusiyanı qazın qiymətini artırmaqda ittiham edib
Ukraynanın Baş naziri Denis Şmiqal hesab edir ki, "Şimal axını 2" boru kəmərinin istismara verilməsi üzrə "Gazprom" tərəfindən başladılmış "enerji müharibəsi" qazın qiymətinin artmasına səbəb olub.
Marja xəbər verir ki, bu bəyanatla o, cümə günü Ukrayna parlamentində çıxış edib.
"Avropa birjalarında təbii qaz qiymətlərin görürsünüz. "Gazprom"un "Şimal Axını 2"ni şantaj edərək işə saldığı "enerji müharibəsi"nin nəticəsidir. Bu, rus inhisarçısı tərəfindən əvvəlki illərlə müqayisədə ixracın azaldılması açıq faktdır",- deyib.
Kiyev dəfələrlə bildirib ki, "Şimal axını 2" layihəsinin həyata keçirilməsi guya Ukraynanın enerji təhlükəsizliyi üçün təhlükə yaradır. Rusiya tərəfi layihənin kommersiya xarakterli olduğunu və avropalı tərəfdaşlarla birgə həyata keçirildiyini dəfələrlə vurğulayıb.
Qeyd edək ki, Avropada qazın qiymətinin artmasına "Gazprom"un səbəb olduğu iddia edilir. Avropa Parlamentinin təxminən 40 üzvündən ibarət bir qrup Avropa Komissiyasına məktub göndərərək Avropa Birliyinin antiinhisar qaydaları baxımından "Gazprom"un hərəkətlərini araşdırmasını istəyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 12 saat sonra
-
2 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
























