Dünyanın ən reytinqli maliyyə mərkəzləri - SİYAHI
Çin geriləyib, ABŞ mövqeyini yaxşılaşdırıb...Pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, ABŞ və Böyük Britaniya dünyanın ən iri maliyyə mərkəzləri olaraq qalır.
Marja xəbər verir ki, Qlobal Maliyyə Mərkəzləri İndeksinin dərc edilmiş son reytinq siyahısı bunu təsdiqləyir.
Kommersiya məqsədli konsaltinq, araşdırma (think-tank) və vençur kapital şirkəti Z/Yen Group-un Çin İnkişaf İnstitutu ilə birlikdə tərtib etdiyi indeksdə Nyu-York lider mövqeyini qoruyub saxlayır. Böyük Britaniyanın paytaxtı London Brexit-ə baxmayaraq, hələ də əsas qlobal maliyyə mərkəzlərindən biri olaraq 2-ci yerdə qərarlaşmağa davam edir.
Çinin iri şəhərləri reytinq siyahısında geriləyib. Ötən ilki siyahıda 3-cü olan Şanxay 6-cı yerə, 6-cı olan Pekin isə 8-ci sıraya, 8-ci yerdə qərarlaşan Şenzen isə 16-cı mövqeyə düşüb. Əvəzində, ABŞ şəhərləri - San-Fransisko 12-ci yerdən 5-ci yerə, Los Anceles 13-cü sıradan 7-ci mövqeyə, Çikaqo 15-ci yerdən 11-ci yerə, Boston 24-cü yerdən 12-ci yerə yüksəlib.
Paris (25-dən 10-a), Amsterdam (28-dən 17-ə), Toronto (29-dan 19-a) mövqelərini ciddi şəkildə yaxşılaşdırıb, Frankfurt (9-dan 14-ə) və Tokio (7-dən 9-a) nisbətən geriləyib.
Qlobal maliyyə Mərkəzlərinin indeksi, ilk 10-luq:
Nyu-York; London; Honq Konq; Sinqapur; San Fransisko; Şanxay; Los Anceles; Pekin; Tokio; Paris.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 11 saat sonra
-
2 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















