İqtisadiyyat üzrə məşhur 5 kitab tərcümə ediləcək - SOCAR MALİYYƏLƏŞDİRƏCƏK
SOCAR iqtisadiyyat dərsliklərinin tərcüməsini maliyyələşdirəcəkAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun Cənubi Qafgaz Boru Kəməri şirkətindəki tərəfdaşları müxtəlif təhsil müəssisələrində təhsil alan, tədrislə məşğul olan və araşdırma aparan şəxslərin müasir akademik ədəbiyyatdan istifadəsini təmin etmək və biliklərini artırmaq məqsədi ilə dünyanın ən qabaqcıl universitetlərində tədris materialı kimi istifadə olunan dərsliklərin Azərbaycan dilinə tərcüməsinin maliyyələşdirilməsini həyata keçirməyi planlaşdırır.
SOCAR-ın yaydığı məlumata görə, layihə “SOCAR Midstream Sosial Sərmayə Təşəbbüsləri” çərçivəsində həyata keçirilir.
İqtisadiyyat dərsliklərinin tərcüməsi ilə yanaşı biologiya və kimya mühəndisliyi ixtisasları üzrə də bu kimi layihələr reallaşdırılır.
Ölkəmizdə iqtisadiyyat üzrə tanınmış mütəxəssislər tərəfindən aşağıdakı beş kitabın tərcümə edilməsi məqsədəuyğun sayılıb:
• Ali Makro-iqtisadiyyat, 5-ci nəşr, 2019. Müəllif: Devid Romer (Advanced Macroeconomics 5th Edition, 2019. Author: David Romer);
• Orta səviyyəli Mikro-iqtisadiyyat riyazi hesablamalarla: Müasir yanaşma, 2019. Müəllif: Hel R.Verian (Intermediate Microeconomics with Calculus: A Modern Approach, , 2019. Author: Hal R. Varian);
• İqtisadi inkişaf, 13-cü nəşr, 2020. Müəlliflər: Maykl P. Todaro, Stiven Ç. Smit (Economic Development, 13th edition, 2020. Authors: Michael P. Todaro, Stephen C. Smith);
• Tətbiqi ekonometrika, 4-cü nəşr, 2021. Müəlliflər: Dimitrios Asteriu, Stiven C. Holl (Applied Econometrics, 4th edition, 2021. Authors: Dimitrios Asteriou, Stephen G. Hall);
• Beynəlxalq siyasi iqtisad, 6-cı nəşr, 2018. Müəllif: Tomas Outli (International Political Economy, 6th Edition, 2018. Author: Thomas Oatley)
Kitabların hər biri 200 tirajla nəşr olunacaq və təmənnasız olaraq iqtisadiyyat üzrə ixtisaslaşan dövlət ali təhsil müəssisələrinin kitabxanalarına təqdim ediləcək. Kitabların tərcüməsi, redaktəsi və korrekturasının təmin olunması prosesinə təcrübəli peşəkar tərcüməçilər və ali məktəb müəllimləri cəlb edilib. Tərcümə olunacaq kitabların 2022-2023-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrində dərs vəsaiti kimi müəllim və tələbələrin istifadəsinə verilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 11 saat sonra
-
2 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















