Mərkəzi Bank daha yüksək inflyasiya gözləyir - PROQNOZUNU AÇIQLADI
Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilmişdir. Proqnozlara görə cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.
Marja xəbər verir ki, bu Mərkəzi Bankın açıqlamasında bildirilir.
Qeyd edilib ki, illik inflyasiyanın yüksəlmə meyilini şərtləndirən amillərə dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin dinamikası, ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, ertələnmiş tələbin fəallaşması, dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması aiddir.
Hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, avqustda illik inflyasiya səviyyəsi Avrozonada son 117 ayın maksimumuna çataraq 3%, ABŞ-da 156 ayın maksimumuna çataraq 5.3%, Rusiyada son 60 ayın maksimumuna çataraq 6.7%, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8.7%, Belarusda son 56 ayın maksimumuna çataraq 9.8%, Ukraynada son 39 ayın maksimumuna çataraq 10.2%, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12.8% və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19.3% təşkil etmişdir.
Mərkəzi Bank bildirib ki, Azərbaycanda da illik inflyasiya tempi yüksəlməkdədir. Rəsmi statistikaya görə avqustda inflyasiya səviyyəsi 0.5% olmuş, qiymətlərin ümumi səviyyəsinin 12 aylıq artımı isə 6.7% təşkil etmişdir. Orta illik inflyasiya isə yanvar-avqust aylarında 4.8% olmuşdur. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-avqust aylarında 3% təşkil etmişdir.
Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0.8% yüksəlmiş, illik ərzaq inflyasiyası 7.8% təşkil etmişdir. Orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5.4% olmuşdur. Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7% deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0.8% deflyasiya olmuşdur. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri avqustda 3.1%, son bir ildə isə 32.9% yüksəlmişdir.
Avqustda qiymətlər qeyri-ərzaq məhsulları üzrə 0.3%, xidmətlər üzrə 0.2% yüksəlmişdir. İllik əsasda inflyasiya qeyri-ərzaq məhsulları üzrə 5%, xidmətlər üzrə isə 6.4% təşkil etmişdir.
İstehsalçı qiymətləri indeksi də ümumilikdə artıma meyillidir. Avqustda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 23%, kənd təsərrüfatında isə 2.6% artmışdır. Qeyd olunanlar onu göstərir ki, xarici və daxili xərc amillərinin qiymətlərə ötürücülüyü iqtisadiyyatın sahələri üzrə fərqlənir.
Mərkəzi Bank qeyd edib ki, dünya əmtəə bazarlarında və tərəfdaş ölkələrdə qiymətlərin yüksəlməsi ilə idxal olunan əmtəələrin maya dəyərinin artması, pandemiya ilə bağlı istehsal və logistika zəncirində yaranmış problemlər, məcmu tələbin təkliflə müqayisədə daha sürətlə genişlənməsi risk balansında inflyasiya artırıcı amillər kimi çıxış edir. Bununla belə, epidemioloji vəziyyət məcmu tələbin inflyasiyaya təsirinin istiqamətini dəyişdirmə potensialını hələ də saxlayır.
Həmçinin oxu
Azərbaycan Mərkəzi Bankı faiz artırdıMüştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
9 saat əvvəl
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
-
-
10 saat əvvəl
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
-
10 saat əvvəl
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
-
10 saat əvvəl
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
-
10 saat əvvəl
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
"Monetri" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
“AzerGold”a yeni sədr müavini təyin olunub
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Ukraynanın buğda ixracı çöküb – 44%-lik geriləmə


























