"Yelo Bank artıq mövcud şəraitə tam adaptasiya olunub" - MÜSAHİBƏ
“Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib”.Yelo Bankın İdarə Heyəti Sədrinin müavini Elşən Pirmalıyev ilə son dövr ərzində həyata keçirilmiş və hazırda üzərində işlənilən yeniliklər, həmçinin Bankın hədəfləri barədə söhbət etdik.
-Salam, Elşən bəy. Yelo Bank son dövrdə filial şəbəkəsini aktiv şəkildə yeniləyir. Bəzi filialların yeri dəyişdirildi, yeni ərazilərdə filiallar açıldı. Bu tendensiya davam edəcəkmi?
- Salam. Yeni inkişaf strategiyamızın əsas istiqamətlərindən biri də korporativ standartlara cavab verən müasir və universal filial şəbəkəsini yaradaraq, yeni imicinin transformasiyasını həyata keçirməkdir. . Bu baxımdan, bankın mövcud filial şəbəkəsinin həcmi və strukturu təbii ki, bizi qane edə bilməzdi və işləməyə bu istiqamətdən başladıq.
İlkin olaraq bəzi filiallar yeni ünvanlara köçürüldü. Bu dəyişikliyin əsas məqsədi xidməti genişləndirmək və müştərilərimizin rahatlığını təmin etməkdir. Hazırda Yelo Bank 10-u Bakı və Abşeron, 3-ü regionlarda olmaqla 13 xidmət nöqtəsi ilə fəaliyyət göstərir.
-Əsas genişlənmə hədəfiniz Bakı şəhəri daxilindədir ya daha çox regionlara istiqamətlənmisiniz?
-Bu layihəyə başladığımız zaman qarşımızda duran ən böyük çağırışlardan biri filiallarımızın əsasən Bakı şəhərində cəmlənməsi və şəhərətrafı ərazilərdə xidmət nöqtələrimizin olmaması idi. Bu ərazilərdə çox sayda müştərimizin yaşamasını və onların xidmətlərimizdən istifadə etmək üçün hər dəfə böyük məsafələr qət etmələrini nəzərə alaraq, Mərdəkan qəsəbəsində və Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yeni filiallarımızı istifadəyə verdik. Artıq müştərilərimizin şəhərin harasında olmalarından asılı olmayaraq qısa zamanda gələ biləcəyi və keyfiyyətli xidmətlə təmin olunacaqları filial şəbəkəmiz mövcuddur. Bu yanaşma qısa müddətdə öz bəhrəsini verməyə başlayıb və yeni filialların açılması tendensiyasının yaxın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Regionlarla bağlı geniş planlarımız var. Qeyd etdiyim kimi, hazırda Gəncə, Bərdə və Lənkəranda olmaqla, ümumilikdə 3 regional filialımız fəaliyyət göstərir. Lakin regionların inkişaf perspektivlərini nəzərə alsaq, bu say yetərli deyil.
Real sektor iqtisadiyyatımızın əsas təkanverici qüvvələrindəndir. Fikrimcə, regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müxtəlif növ keyfiyyətli bank xidmətlərinin göstərilməsinə ehtiyacı böyükdür. Dövlət tərəfindən də regionların, xüsusilə də kənd təsərrüfatının inkişafı ilə bağlı çoxlu sayda layihələr həyata keçirilir.
Əlavə edim ki, yalnız yeni filialların açılması ilə məhdudlaşmırıq. Alternativ kanallar vasitəsilə müştərilərimizə xidmət göstərilməsini nəzərdə tutan layihələr üzərində də hazırda aktiv iş gedir. Beləliklə, yalnız filiallarımız olan deyil, digər regionlardakı əhaliyə də maliyyə xidmətlərimizi təklif edə biləcəyik. Bunun üçün filialımız olan ən yaxın regiona getməyə yox, heç evdən çıxmağa da ehtiyac qalmayacaq.
Hazırda təkrar mikro kredit müştərilərimizin banka yenidən gəlmədən kartlarına vəsaitin köçürülməsini tətbiq edirik. Bu onların vaxtlarını banka getməyə və sənədləşmələrə deyil, bizneslərinə ayırmağa imkan yaradır. Qürurla qeyd etmək istəyirəm ki, Yelo Bank Azərbaycanda sahibkarlar üçün bu imkanı yaradan ilk bankdır.
-Yeni filiallarınızın konsepti vərdiş etdiyimiz standart bank modelindən fərqlənir. Hazırda neçə filialınız bu stilə uyğun təmir edilib? Yenilənmə prosesini nə vaxt bitirməyi planlaşdırırsınız?
Rebrendiq prosesinin nəticəsi olaraq, Bankın adı ilə bərabər, müştəri yanaşmasında da ciddi dəyişikliklər olub. “Parlaq Bankçılıq” şüarı altında həyata keçirilən dəyişikliklərdə əsas məqsədimiz - xidmət nöqtələrimizdə müştərilərin maksimal rahatlığını təmin etməkdir. Yenilənmiş filiallarımız ən tələbkar müştərinin istəklərini belə yerinə yetirəcək funksionallıqdadır.Filiallarımız yalnız vizual olaraq deyil, həmçinin işlərinin əsl peşəkarı olan əməkdaşları ilə də fərqlənir. Artıq 5 filialımız yeni konseptə uyğun təmir edilib. Digər satış nöqtələrində də yenilənmə işləri aparılır.
- Ötən il iqtisadiyyat üçün çətin oldu. Bəs bu il bank sistemi üçün əsas risklər sizcə hansılardır?
- Bir ildən çoxdur ki, pandemiya şəraiti hər birimizin həyatına çox böyük təsir göstərir. Təbii ki, bu vəziyyət bank sektorundan da izsiz ötüşməyib.
Əminliklə deyə bilərəm ki, Yelo Bank artıq mövcud şəraitə tam adaptasiya olunub. Hətta bank olaraq şəraitin yaratdığı maneələri imkanlara çevirməyi də bacarmışıq. Çünki reallığı olduğu qəbul etmək və ona adaptasiya olmaq lazımdır, əks halda bazardakı rəqabətə tab gətirmək, xüsusilə də böyümək çox çətin olacaq.
- Bankların əksəriyyəti xidmətlərini rəqəmsallaşdırmağa çalışır. Bəs bu istiqamətdə Yelo Bankın planları nədir və artan filiallar bu inkişafda hansı rolu oynayacaq?
- Azərbaycanda da getdikcə daha çox sahə rəqəmsallaşır. Lakin onlayn bankçılıq nə qədər inkişaf etsə də, hələ əhali və bizneslər filiallarda fiziki olaraq göstərilən xidmətlərdən tamamilə imtina etməyə hazır deyil. Səbəblər müxtəlif olsa da, daim yeni onlayn xidmətlər istifadəyə verir və onları mümkün qədər hər kəsə əlçatan etməyə çalışırıq.
Kiçik və orta bizneslərin standart bank məhsullarından əlavə konsultasiyaya da ehtiyacı olur. Bu sahədə keyfiyyətli xidmət almaq çox bahadır və az sayda sahibkar yararlana bilir. Yelo Bank isə, onlara yalnız maliyyə deyil, həmçinin öz peşəkar mütəxəssisləri ilə konsultasiya dəstəyi də göstərir.
Müştərinin canlı ünsiyyətə tələbatı hələ də aktualdır. Beynəlxalq təcrübədən də gördüyümüzə əsasən müəyyən dövr oflayn və onlayn xidmətlər paralel, lakin ikincinin artımı ilə davam edəcək. Buna görə də biz, texnologiyalara yatırım etməyə davam edir, xidmətlərimizi rəqəmsallaşdırır, bununla bərabər, filial sayımızı artırır və xidmət səviyyəsini də inkişaf etdiririk. -Yelo Bank son dövrdə biznes kreditlərinin verilməsinə fokuslanıb. Bankın son maliyyə hesabatlarında da bu öz əksini tapır. Bu da strategiyanın bir hissəsidir?
- Bankın hədəfləndiyi müştəri seqmenti əhali və kiçik sahibkarlardır. Bu baxımdan, hər iki seqmentin maliyyələşdirilməsi və hərtərəfli xidmətlərlə təmin edilməsi bizim üçün prioritetdir. Bununla belə, ölkədə real sektorun sürətli inkişafı, bizneslərə maliyyə dəstəyini daha da zəruri edir. Bu baxımdan Bankın strateji hədəfləri real sektorda yaranan tələbatla üst-üstə düşür.
Qeyd edim ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə yalnız cari ildə 140 milyon manatdan çox kredit vermişik və bu istiqamətdə dəstəyimizi davam etdirməyi planlaşdırırıq. Bu rəqəm Bank üzrə eyni dövrdə verilmiş ümumi kredit məbləğinin 63%-ni təşkil edir. Müştərilərimizə təqdim etdiyimiz bank xidmətləri yalnız kredit məhsulları ilə məhdudlaşmır. Biz müştərilərimizə partnyor kimi yanaşır və bizimlə işlədikləri zamanonları bütün növ Bank xidmətləri ilə təmin edirik.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
15 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
15 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
15 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub

























