Azərbaycanda auditdə qiymət endirimi: Ucuz ətin şorbası olarmı?
"Bəzən olur ki, auditor 10 min manatlıq işə 1000 manat alır, 2 sənədə baxır və yalandan akt yazır. Bir sözlə keyfiyyətsiz iş görür”.Auditorlar Palatası dempinqə, yəni bazarda qiymətlərin süni şəkildə aşağı salınması hallarına qarşı cəzaları sərtləşdirmək istəyir.
Bu məsələ qurumun Şurasının avqustun 10-da videokonfrans formatında keçirilmiş növbəti iclasında müzakirə olunub.
"Bazarda bu cür yer tutmaq qəbulolunmazdır"
Auditorlar Palatasının sədrinin müşaviri Nəcəf Talıbov deyir ki, cəzaların sərtləşdirilməsi ölkədə audit xidmətinin keyfiyyətinin aşağı düşməsinin qarşısını alacaq, eyni zamanda bazarda haqsız rəqabətə mane olacaq: “Bazara yeni daxil olmuş hüquqi və ya fiziki şəxsin qiyməti aşağı salmaqla özünə yer tutmaq siyasəti qəbul olunmazdır. Əgər auditor yetərincə yüksək səviyyəli xidmət göstərmirsə, ona aşağı qiymət təklif eləmək yaraşmır, ən azı işinin maya dəyəri ödənilmir.
Tutaq ki, bir auditor təşkilatı fəaliyyətə başlayanda gedəb hansısa şirkətdə yoxlama aparırsa və lazımı səviyyədə auditi rəsmiləşdirirsə, bu təşkilatın ora çəkdiyi maddi və qeyri-maddi xərc yəni aktivlər müəyyən bir qiymət təşkil edir. Ondan aşağı dəyər, qiymət təklif eləmək şirkətə xeyir eləməz. Digər bir məsələ də var ki, keyfiyyətsiz xidmət göstərmək istəyən auditor təşkilatı deyir ki, ”mən təzəyəm, qiyməti aşağı qoyum ki, müştəri əldə edim”. Ancaq faktiki olaraq o, keyfiyyətsiz xidmətinə görə aşağı qiymət qoyur.
Audit təşkilatı var ki, hər biri 10 min manat məbləği olan 5 müqaviləsi var. Bir il ərzində də ancaq 5 müştərini yola verə bilir. Amma digəri 114 bələdiyyənin auditini həyata keçirir və hər biri üçün cəmi 1 gün sərf edir. Birinci 5 müqaviləyə 50 min manat, ikincisi isə 114 müqaviləyə 50 min manat qazanır.Deməli qiymət aşağı düşməsi keyfiyyətsiz iş görülməsi ilə nəticələnir".

Auditorlar Palatasının sədrinin müşaviri Nəcəf Talıbov
Onun sözlərinə görə, Palata bunların qarşısını almaq üçün böyük metodiki bazaya malikdir və yeni yaranmış audit şirkətlərinin bazarda yer tutması üçün tövsiyə olunan minimum qiymətlər müəyyən edib: "Misal üçün, Publik hüquqi şəxslər üşün audit xidmətinin qiyməti 10 min manatdan, MMC-lər isə 1 000 manatdan başlayır. Auditor həmin təşkilata gedəndə artıq bilir ki, Auditorlar Palatasının bu tip təşkilat üçün tövsiyə etdiyi dəyər budur.
Təşkilatlar da qanunla tələb olunan qaydalara riayət etməkdə maraqlıdırlar. Auditor yoxlamasının nəticəsindən daha çox şey asılıdır. Şirkət ya razı qalacaq, ya da narazı qalacaq. Bəzən olur ki, auditor 10 min manatlıq işə 1000 manat alır, 2 sənədə baxır və yalandan akt yazır. Bir sözlə keyfiyyətsiz iş görür”.
"Azərbaycandakı vəziyyət dünya təcrübəsindən fərqlənir"
"EKVITA" MMC konsaltinq şirkətinin rəhbəri İlqar Mehti isə deyir ki, dünya təcrübəsində hər iki variant var: "Yəni bəzi ölkələrdə audit təşkilatları üçün minimum qiymət müəyyən edilib, bəzilərində isə bazar sərbəst buraxılıb. Amma Azərbaycan reallığında bu xoş olmayan mənzərə yaradıb. Sizə bir nümunə deyim. Bildiyiniz kimi dövlət tenderlərində qiymətlər sonradan açıqlanır. Bu, şəffaflıq baxımından faydalıdır. Bu yaxınlarda iri dövlət qurumlarından birinin tenderinin nəticəsi açıqlandı. Hansı ki, 300 əməkdaşı, 300-400 milyon manat illik dövriyyəsi var. İri beynəlxalq şirkətlər xidmətə görə, 170 min manat xidmət haqqı istəyirdilər. Azərbaycan şirkətləri isə təxminən 70-80 min manatlıq xidmət haqqı ilə bu işi görməyə razı idilər. Hətta biz də təxminən 65-70 min civarında bir rəqəm demişdik. Bir auditor yazıb ki, 4 500 manat. Adamın audit lisenziyası var və bu qiymətə xidmət göstərir.
Özəl sektorda bir qədər fərqlidir. Belə ki, özəl təşkilatlar açıq tender elan edir, yəni özü dəvət etdiyi şirkətlərin qiymətinə baxır. Tutaq ki, açıq tender yolu ilə də bu şirkət gəlib 4 500 manat təqdim etdi. Onu ciddi qəbul etməyəcəklər. Gərək sən o qədər müstəqil və peşəkar olasan ki, gəlib mənim şirkətimin səhvlərini deyəsən və mənə tövsiyələrini verəsən. 4 500 manata isə bunu etmək olmur. Deməli sən bu qiymətə peşəkar mütəxəssislə deyil, ancaq universitet tələbələri ilə işi icra edə bilərsən.
Dövlət satınalmalarında isə problem ondan ibarətdir ki, qurum bunu cəlb etməyə məcburdur. Çünki tenderin nəticəsini ləğv edə bilməz, həmin iştirakçıya da onun təklifini qəbul edə bilməyəcəyini deyə bilməz. Çünki tələb var ki, texniki şərtlərə cavab verən ən aşağı qiymət qəbul edilməlidir. Belə audit yoxlamalarına çox vaxt da sərf edilmir. Sadəcə rəfdən hazır audit rəyini götürüb müştərinin adını dəyişəcək və verəcəklər. Bir söz demək olmur, çünki məhkəməyə verəcək və deyəcək ki, “mən audit rəyini belə görürəm” və s.”.

"EKVITA" MMC konsaltinq şirkətinin rəhbəri İlqar Mehti
Ekspert hesab edir ki, Qərb təcrebəsindən yararlanmaqla bu prosesləri idarə etmək olar: "Bizdə düşüncə formalaşıb ki, hər şeyi qanunla nəzərə almağa çalışırıq. Amma qanunla hər şey tənzimlənmir. Əgər elə olsa gərək o zaman 1 maddə 70-80 səhifə olsun. Ona görə də ümumi qaydalar yazılmalı və qeyd edilməlidir ki, sərbəst rəqabətlə yanaşı peşəkar xidmət göstərilməlidir.
Qərbdə bunlar heç qanunla tənzimlənmir. Sadəcə olaraq, Auditorlar Palatası kimi qurum var, etik qaydalara və keyfiyyətə nəzarət edir. Lazım olanda auditor təşkilatını çağırır, yoxlayır, irad və təkliflərini bildirir. Bir neçə xəbərdarlıqdan sonra isə şirkətin lisenziyası əlindən alınır. Bizdə belə olanda o dəqiqə məhkəməyə gedib deyirlər ki, “bizim iqtisadi hüquqlarımız pozulur”, “Auditorlar Palatası kiminsə sifarişi ilə bunu edir”, “məndən rüşvət istəyir” və s.”.
Telegramda Marja.az səhifəsinə abunə olun
©️ Report
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
13 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
13 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
14 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
14 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
14 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®























