“AccessBank”dan yarım ildə 50 milyon manatdan çox gəlir
Koronavirus pandemiyasının iqtisadi aktivliyi azaltmasına baxmayaraq “AccessBank” portfelini artıra bilib.
Marja Bankın rüblük hesabtalarına istinadən xəbər verir ki, 2021-ci ilin ilk 6 ayı ərzində “AccessBank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 10 milyon 325 min manat artaraq 30 iyun 2021-ci il tarixində 545 milyon 630 min manata çatıb. Bank ötən ilin sonunda 535 milyon 305 min manat kredit portfelinə malik idi. O cümlədən, istehlak kreditləri portfeli 12 milyon 709 min manat artaraq 63 milyon 846 min manata yüksəlib, biznes kreditləri portfeli 1 milyon 874 min manat azalaraq 474 milyon 813 min manata, daşınmaz əmlak kreditləri portfeli isə 510 min manat azalaraq 6 milyon 971 min manata düşüb.
2021-ci ildə “AccessBank” 272 milyon manat məbləğində kredit verib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 113,6 milyon çoxdur.
QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYANI KƏSKİN ARTIRIB
Bu il “AccessBank” qiymətli kağızlara inestisiyalarını 4,5 dəfə artıraraq 3 milyon 509 min manata çatdırıb.
Ötən ilin sonu ilə müqayisədə “AccessBank”da depozitlər 67 milyon 630 min manat artaraq 625 milyon 918 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 37 milyon 867 min manat artaraq 509 milyon 423 min manata, hüquqi şəxslərin depozitləri isə 29 milyon 763 min manat artaraq 116 milyon 495 min manata yüksəlib.
50 MİLYON MANATDAN ÇOX GƏLİR
2021-ci ilin 1-ci yarısında “AccessBank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 50 milyon 109 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 51 milyon 554 min manat təşkil edib. Depozit faizlərinin ödənilməsi üzrə xərclərinin yüksək olması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma ilə əlaqədar olaraq Bank ilk 6 ayı 2 milyon 24 min manat xalis zərər ilə bağlayıb. “AccessBank”ın müştərilərə verdiyi kreditlər və qiymətli kağızlara investisiyaları artdığından qarşıdakı dövrlərdə Bankın faiz gəlirlərinin artacağı və xərclərini artıqlaması ilə ödəyəcəyi gözlənilir.
"AccessBank" 30 İyun 2021-ci il tarixində 76 milyon 179 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən (50 milyon manat) çoxdur.
"AccessBank" 8 xarici investora məxsusdur. Bankda ən böyük paylar Asiya İnkişaf Bankına (19.90%), Avropa İnvestisiya Bankına (17.39%) və Dünya Bankının törəmə təşkilatı olan Beynəlxalq Maliyyə Korporasiyasına (16.56%) məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
2 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
2 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
2 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”


















