ABB-dən 148 milyon manatdan çox xalis mənfəət

Aktivlərinin həcmi daxil bir sıra göstəricilər üzrə Azərbaycanın ən böyük bankı olan ABB (“Azərbaycan Beynəlxalq Bankı” ASC) 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 148 milyon 150 min manat xalis mənfəətlə başa vurub. Halbuki, ABB ötən ilin eyni dövrünü 118 milyon 479 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, 2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında ABB-nin xalis mənfəəti 29 milyon 671 min manat və ya 25% artıb.
ABB 2021-ci ilin 1-ci rübünü (yanvar-mart dövrünü) 32 milyon 395 min manat xalis mənfəətlə bağlamışdı.
GƏLİRLƏR ARTIB
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında ABB-nin faiz gəlirləri 13 milyon 204 min manat və ya 6,5% artaraq 215 milyon 429 min manat, qeyri-faiz gəlirləri isə 38 milyon 924 min manat və ya 77,2% artaraq 99 milyon 330 min manat təşkil edib. 2020-ci ilin 1-ci yarısında Bankın faiz gəlirləri 202 milyon 225 min manat, qeyri-faiz gəlirləri isə 60 milyon 407 min manat təşkil etmişdi.
Qeyd edək ki, qeyri-faiz gəlirlərinin kəskin artması əsasən “digər gəlirlər” ilə əlaqədardır. Bankdan əldə edilən məlumata görə, bu artımın əsas səbəbi törəmə təşkilatdan əldə edilmiş dividentlə bağlıdır.
ABB-nin müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri 16 milyon 687 min manat, qiymətli kağızlar üzrə faiz gəlirləri isə 11 milyon 879 min manat artıb.
GƏLİRLƏRİN ARTMASI İLƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ YÜKSƏLİB
2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 52 milyon 128 min manat artmasına qarşılıq ABB-nin əməliyyat xərcləri (cəmi faiz və qeyri-faiz xərcləri) 22 milyon 850 min manat artıb. Qısası, gəlirlərin artması xərclərin artmasını 2 dəfədən çox üstələyib. Nəticədə, ABB-nin əməliyyat mənfəəti 29 milyon 276 min manat artaraq 164 milyon 374 min manat təşkil edib. 2020-ci ilin 1-ci yarısında ABB-nin əməliyyat mənfəəti 135 milyon 97 min manat təşkil etmişdi.
Ötən ilin ilk yarısında mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 11 milyon 179 min manat ABB-nin mənfəət vergisindən əvvəlki mənfəətini artırmışdı. 2021-ci ilin ilk yarısında isə əməliyyat mənfəətindən 1 milyon 355 min manat ehtiyata ayrılıb. Buna baxmayaraq gəlirlərin güclü artımı ilə əlaqədar olaraq mənfəət də artıb və 163 milyon 19 min manat təşkil edib. ABB 163 milyon 19 min manatlıq mənfəət vergisindən əvvəlki mənfəətindən 14 milyon 869 min manat mənfəət vergisi ödəyib və yekunda cari ilin yanvar – iyun dövrünü 148 milyon 150 min manat xalis mənfəətlə bağlayıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR 2,7 MİLYARD MANATI ÖTÜB
Kreditlər üzrə faiz gəlirlərinin artması müştərilərə verilən kreditlərin artmasından qaynaqlanır. Belə ki, 2021-ci ilin 6 ayı ərzində ABB tərəfindən müştərilərə verilmiş cəmi kreditlər (kredit portfeli) 91 milyon 614 min manat və ya 3,5% artaraq 2,7 milyard manatı da keçməklə 30 iyun 2021-ci il tarixində 2 milyard 700 milyon 714 min manata çatıb. Ötən ilin sonunda Bank tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2 milyard 609 milyon 99 min manat təşkil etmişdi.
2021-ci ilin yanvar - iyun dövründə ABB-nin qiymətli kağızlara investisiyaları 146 milyon 166 min manat artaraq 1 milyard 414 milyon 143 min manata çatıb.
AKTİVLƏRİ 9 MİLYARD MANATA YAXINDIR
30 iyun 2021-ci il tarixində ABB 8 milyard 856 milyon 3 min manat cəmi aktivlərə malik olub. Bank 2020-ci ilin sonunda 8 milyard 962 min 793 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalması əsasən borc qiymətli kağızlar üzrə öhdəliklərin azaldılması ilə əlaqədar olaraq nağd pul vəsaitlərinin azalması ilə bağlıdır.
ABB-də CARİ HESABI OLAN ŞİRKƏTLƏRİN PULU ARTIB
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin ilk 6 ayı ərzində ABB-də cəmi depozitlər 232 milyon 747 min manat artaraq 5 milyard 782 milyon 325 min manata, o cümlədən hüquqi şəxslərin (şirkətlərin) depozitləri 313 milyon 392 min manat artaraq 4 milyard 572 milyon 689 min manata çatıb. Fiziki şəxslərin (əhalinin) depozitləri isə 80 milyon 644 min manat azalaraq 1 milyard 209 milyon 635 min manata geriləyib.
QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ BORCUNUN BÖYÜK HİSSƏSİNİ QAYTARIB
2021-ci ilin 2-ci rübündə ABB-nin qiymətli kağızlar üzrə borcu azalıb. Belə ki, borc qiymətli kağızlar üzrə öhdəliklər 852 milyon 108 min manat azalaraq 769 milyon 49 min manata düşüb. Ötən ilin sonunda Bankın borc qiymətli kağızlar üzrə öhdəlikləri 1 milyard 621 milyon 157 min manat, 2021-ci ilin 1-ci rübünün sonunda isə 1 milyard 619 milyon 49 min manat idi.
30 iyun 2021-ci il tarixində ABB 1 milyard 263 milyon 831 min manat məcmu kapitala malik olub.
İlk yarımil ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 30.11%, məcmu kapitalının adekvatlıq əmsalı 32.03% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq 5% və 10%) əhəmiyyətli dərəcədə yüksək olub.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yüksək və etibarlı gəlir istəyənlər üçün – FINCA istiqrazlarının yeni buraxılışı başlayır
- 3 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Suriya avqustun 2-dən etibarən hər gün 3,4 milyon kubmetr Azərbaycan qazı alacaq
-
7 saat əvvəl
Dövlət Dəniz və Liman Agentliyi üzrə xidmət haqları müəyyənləşib
-
8 saat əvvəl
BYD Azərbaycanda rəsmi tərəfdaşını seçdi - Tezliklə rəsmi satış və xidmət başlayacaq
- 8 saat əvvəl
-
9 saat əvvəl
162 milyon manatlıq artıq və əsassız ödənişlər aşkar edilib, materiallar prokurorluğa təqdim edilib
-
9 saat əvvəl
Media nümayəndələri Coca-Cola-nın İsmayıllı zavoduna səfər ediblər
Son Xəbərlər

Yüksək və etibarlı gəlir istəyənlər üçün – FINCA istiqrazlarının yeni buraxılışı başlayır

FED-in iclasında 1993-cü ildən bəri bir ilk

FED faiz qərarını açıqladı

Trampdan Hindistana Rusiya cəzası: 25 faizlik gömrük rüsumu

BYD Azərbaycanda rəsmi tərəfdaşını seçdi - Tezliklə rəsmi satış və xidmət başlayacaq

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

162 milyon manatlıq artıq və əsassız ödənişlər aşkar edilib, materiallar prokurorluğa təqdim edilib

Media nümayəndələri Coca-Cola-nın İsmayıllı zavoduna səfər ediblər

760 milyon manatlıq satınalmalarda nöqsanlar aşkar edilib

İcbari tibbi sığorta fondunda pozuntular və risklər - YIĞILAN PULLARIN NECƏ XƏRCLƏNDİYİ YOXLANIB

Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlanıb

Azərbaycanın tikinti şirkəti kütləvi üsul ilə 10 milyon manatlıq istiqraz təklif edəcək
