Azercell yenilənmiş “Biznesim” tarif planlarını təqdim edir!
Müştərilərə “Biznesim Klubu” loyallıq proqramı da təqdim edilir(®️) Lider mobil operator korporativ müştərilərinə yüksəksürətli mobil internet və limitsiz şirkətdaxili zənglər ilə yanaşı, rabitə xərclərinə xüsusi endirimlər və hədiyyə smartfonlardan yararlanmaq imkanı verir
Ölkədə biznes ekosisteminin inkişafına dəstək olmaq məqsədi ilə Azercell Biznes abunəçilərinə və yeni müştərilərinə yenilənmiş “Biznesim” tarif paketlərini təklif edir. Əlçatan və sərbəst ünsiyyət üçün sərhədsiz imkanlar açan “Biznesim” tarifləri indi daha da müştəri yönümlüdür. Hər bir abunəçinin rabitə ehtiyaclarını qarşılamağı hədəfləyən bu tariflər ölkədəxili dəqiqələrdən, limitsiz korporativ zənglərdən və 4G yüksəksürətli mobil internetdən yararlanmaq üçün ən sərfəli şərtlər yaradır.
Biznesim tarif paketləri ilə yanaşı, Azercell Biznes öz korporativ müştərilərini yeni istifadəyə verilmiş “Biznesim Klubu”na dəvət edir. “Biznesim Klubu”nun üzvləri “Biznesim Loyallıq” proqramı ilə yanaşı, bir sıra digər üstünlüklərdən yararlana bilərlər. Belə ki, bu proqram çərçivəsində müştərilər rabitə xərclərinə endirimlər, hədiyyə telefonlar, Azercell Akademiyasında unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər əldə edəcək.
“Azercell Telekom” MMC-nin Korporativ Seqment Biznes strukturunun B2B Məhsul Strategiyası və İdarə Edilməsi şöbəsinin rəhbəri Nicat Əliyev bildirib:
“Ötən il ərzində bizim əsas missiyamız ən qabaqcıl və innovativ həllərimiz ilə müştərilərimizin rəqəmsal transformasiyasına dəstək olmaq idi. Pandemiya dövründə biznes seqmentinin rəqəmsal texnologiyalara uğurlu keçidini təmin etmək məqsədi ilə biz “Biznesim Veb” həllini, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən “GigaMax” limitsiz internet paketlərini yerli bazara gətirdik. Öz növbəsində, yenilənmiş “Biznesim” tarif planları abunəçilərimizi rahat, etibarlı, əlavə xərclər yaratmayan və təhlükəsiz kommunikasiya xidmətləri ilə təmin edir. Bu tarif planları sayəsində müştərilərimiz gündəlik kommunikasiya və rabitə ehtiyaclarının idarə olunmasına əlavə vaxt və resurslar sərf etməyəcək. Bu üstünlükdən faydalanaraq abunəçilərimiz bizneslərinin inkişafına daha çox diqqət ayırıb müştərilərinə yüksək xidmət göstərməyə davam edə biləcəklər. Mən inanıram ki, yeni “Biznesim” tarif planlarımız çərçivəsində müştərilərimiz ölkənin istənilən yerində effektiv və rahat fəaliyyət üstünlüyündən yararlanacaqlar”.
“Biznesim” tarif paketləri və “Biznesim Klubu” barədə əlavə məlumatı https://www.azercell.com/az/corporate.html səhifəsində əldə edə bilərsiniz.
Əlavə məlumat üçün Azercell-in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
43 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
47 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 49 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı




























