Avtosalon və dilerlər üçün toy-bayramdır
Çip böhranından qazananlar - avtosalon və dilerlər. ABŞ-da bir avtomobilə təmiz qazanc 2500-3000 dollar arasında dəyişir.Qlobal yarımkeçirici çip böhranı avtomobil istehsalçılarını “vursa” da, avtosalon və dilerlər üçün toy-bayramdır.
Marja ABŞ bazarındakı qiymətlərə istinadən xəbər verir ki, Atlantadakı Buick-GMC salonunda General Motors-un 2020-ci il istehsalı olan 2021 model GMC Yukon XL Denali SUV-un qiyməti 71 min dollardan başlayır. Alıcı o qədər çoxdur ki, bəzi müştərilər hətta avans əvəzinə avtomobilin tam qiymətini ödəyib həftələrlə gözləməyə belə hazırdır. Carl Black Auto Group diler şirkətinin rəhbəri Mayk Bouşer anbarda olan hazır avtomobilərin 150%-i həcmində satış etdiklərini bildirir.
Qlobal çip böhranı və təchizatdakı ləngimələr ABŞ-da General Motors və Forddan tutmuş Yaponiyada Toyotaya qədər bütün iri avtomobil istehsalçılarına ciddi təsir edir. Dilerlər isə, əksinə, məhsul qıtlığına görə yüksələn avtomobil qiymətlərindən kifayət qədər faydalanır. ABŞ-ın ən iri avtomobil diler şəbəkəsi AutoNation Inc-in gəlirləri son həftələrdə üç dəfədən çox artaraq, hər yeni avtomobilə görə 61% (2700 dollar) təşkil edib. Əsas rəqiblərdən olan Lithia Motors hər avtomobildən qazancını 33% artıraraq, 2900 dollara çatdırıb.
Lakin bir çox şirkətlər vəziyyətin belə davam etdiyi halda, ilin ikinci yarısında müştəriyə təqdim etmək üçün yeni avtomobil tapmayacaqlarından ehtiyat edir. Nyu-York, Nyu-Cersey və Nyu Englandda 32 mağazası olan Prime Automotive Group-un baş direktoru Todd Skelton Meyndəki Toyota avtosalonunda ötən ilin aprel ayı ərzində 300 avtomobilin olduğu halda, bu il cəmi 62 avtomobilin qaldığını bildirir: “İndi anbardakı ehtiyatın sürətlə əridiyini müşahidə edirik, arxasında isə ümumiyyətlə heç nə görünmür”. Hyundai dileri Endryu DiFeo isə qeyd edir ki: “əgər 2021 model Santa Fe daha gəlməsə, məcbur olub 2019 və 2020 modellərindən bacardıqca çox tapmalıyıq”.
Xatırladaq ki, iri alman istehsalçısı Volkswagen ötən həftəsonu dilerləri bu ilin ikinci rübündə istehsal həcminin daha da azalacağı barədə məlumatlandırıb və xəbərdar edib. Şirkətin ispan brendi Seat-ın prezidenti Uoeyn Qriffits təchizatçıların ikinci rübün birincidən daha ağır olacağı barədə artıq açıqlama verdiklərini bildirib. Volkswagenin lüks idman avtomobilləri brendi Porshe isə elektromobillər üçün batareyaları Almaniyada istehsal etmək və Asiya bazarlarından asılılığı azaltmaq planlarını açıqlayıb.
Elektromobil istehsalında lider olan Tesla Çinin Şanxay hökumət orqanlarına təqdim etdiyi sənəddə bu şəhərdəki istehsal zavodunda elektrik mühərrikləri və batareyalar da daxil olmaqla bir sıra komponentlərin təkrar istehsalı və təmiri üçün yeni müəssisə istifadəyə verəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 d. əvvəl
Şavkat Mirziyoyev: "6 iqtisadiyyat – 1 məhsul” formuluna keçməliyik
-
11 d. əvvəl
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi! ®
-
19 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 21 d. əvvəl
- 34 d. əvvəl
- 45 d. əvvəl
-
49 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Şavkat Mirziyoyev: "6 iqtisadiyyat – 1 məhsul” formuluna keçməliyik
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Böyük bankdan yeni dollar proqnozu
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
Ən çox oxunanlar
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir


























