Bank “BTB”nin də vəziyyəti məlum oldu
Bank “BTB” ASC 2021-ci ilin 1-ci rübünü 365 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin 1-ci rübünü 762 min manat xalis mənfəət ilə bağlamışdı.
CƏMİ GƏLİRLƏRİ ARTIB
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə 7 milyon 984 min manat təşkil etmiş cəmi əməliyyat gəlirləri 2021-ci ilin eyni dövründə 8 milyon 168 min manata yüksəlib. O cümlədən Bankın faiz gəlirləri 6 milyon 623 min manatdan 6 milyon 101 min manata düşüb, qeyri-faiz gəlirləri isə 1 milyon 361 min manatdan 2 milyon 67 min manata yüksəlib.
Bank “BTB”nin cəmi əməliyyat gəlirlərinin 184 min manat artması ilə bərabər, cəmi əməliyyat xərcləri 1 milyon 52 min manat artıb.
2021-ci ilin 1-ci rübündə Bank “BTB” ASC-nin cəmi əməliyyat gəlirləri 8 milyon 168 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 108 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 60 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 306 min manat mənfəətə əlavə edilib. Beləliklə, “BTB” ASC 2021-ci ilin 1-ci rübünü 365 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 1-ci rübündə Bank “BTB”nin cəmi əməliyyat gəlirləri 7 milyon 984 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 56 min manat, əməliyyat mənfəəti 928 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 166 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyata ayırmış və həmin dövrü 762 min manat xalis mənfəət ilə bağlamışdı.
Bankın əməliyyat mənfəətinin azalması əsasən inzibati xərclərin artmasından qaynaqlanır. Belə ki, Bank BTB-nin rüblük inzibati xərcləri 1 milyon 712 min manatdan 3 milyon 297 min manata yüksəlib (1 milyon 585 min manat artıb).
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində Bank "BTB" 336 milyon 735 min manat cəmi aktivlərə, o cümlədən 210 milyon 733 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub. Bank 2020-ci ilin sonunda 356 milyon 137 min manat cəmi aktivlərə, o cümlədən 206 milyon 96 min manat kredit portfelinə malik idi.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2021-ci il tarixində Bank "BTB" 53 milyon 120 min manat məcmu kapitala malik olub. Bank 2020-ci ilin sonunda 52 milyon 726 min manat məcmu kapitala malik idi.
Bank "BTB"də 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı üzrə fakt 25,44% (minimal norma 5%), məcmu kapitalın adekvatlıq əmsalı üzrə fakt isə 26,37% təşkil edib (minimal norma 10%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
“Qırmızı Körpü”də TIR böhranı: Sürücülər günlərlə sərhəddədir, Gömrük xidmətləri hələ plan qururlar
-
9 saat əvvəl
Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini MSolution-a etibar etdi ®
-
10 saat əvvəl
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
-
10 saat əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
10 saat əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
Azərbaycan daha az buğdaya daha çox pul ödəyib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
Bir sıra proqnozlar yenilənib
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir












.png)











